Bu ilin I rübündə ətraf mühitin mühafizəsinə çəkilən xərclər açıqlandı
2021-ci ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsi xərcləri üzrə təsdiq olunmuş 272,0 milyon manat məbləğində büdcədən ayrılan və büdcədənkənar vəsaitin 261,5 milyon manatı büdcə təşkilatlarının sifarişləri əsasında 5 proqramın (13 hədəf üzrə 30 tədbirin) icrasına yönəldilib.
Valyuta.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı aylıq hesabatda əks olunub.
Belə ki, cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin ətraf mühitin mühafizəsi xərcləri bölməsindən 76,9 milyon manat vəsaitin yönəldilməsi ilə 4 proqramın (6 hədəf üzrə 25 tədbirin) icrasına başlanılıb ki, bu da proqnozlaşdırılan vəsaitin 29,7 faizini təşkil edir.
Bu ilin yanvar-iyun aylarında ətraf mühitin mühafizəsi xərcləri bölməsində nəzərdə tutulmuş proqramların icrası üçün xərclənən vəsaitin əsas hissəsi (85.7 faiz və ya 65,9 milyon manat) “Ətraf mühitin mühafizəsi” proqramı, ən az hissə isə (0.3 faiz və ya 0,2 mln. manat) “Təbii ehtiyatlardan səmərəli istifadə” proqramı təşkil edir.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay