BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
16794

"İnsanlar bilməlidirlər onlar tələb olunan müddət ərzində gedib həmin ölkələrdə qalmalıdırlar, tədris dilini bilməlidirlər və universitetlər ENIC-NARIC.Net portalında olmalıdır”.

Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya təhsil eksperti Kamran Əsədov bəzi xarici universitetlərin diplomlarının Azərbaycanda tanınmaması ilə bağlı açıqlanan siyahıdan danışarkən deyib. 

Onun sözlərinə görə, sosial şəbəkələrdə və saytlarda universitet siyahılarını dərc edib və "bu universitetlərin diplomları Azərbaycanda tanınmır demək” ciddi yalnışlıqdır:
 
"Hazırda Azərbaycandan kənarda 42 min uşaq təhsil alır və onların 16 mini qardaş Türkiyənin payına düşür. Xarici ölkələrə oxumağa gedənlərin böyük əksəriyyəti o şəxslərdir ki, Azərbaycanda keçirilən qəbul imtahanında yetərli bal toplamırlar və onlar ali təhsil almaq istəyir, buna görə xaricə üz tuturlar. Təəssüflər olsun ki, onlar vətənə qayıdandan sonra bir qisminin diplomları tanınmır. Demək lazımdır ki, qeyd olunan universitetlərin Azərbaycanda mövcud olmuş filiallarının bu və ya digər müddətdə istisna olmaqla başqa vaxta verilmiş diplomlarının hüquqi qüvvəsi yoxdur və o diplomlar həqiqi deyil. Məsələn, Dağıstan Dövlət Universiteti Azərbaycan tərəfindən tanınıb. Sadəcə həmin universitetin Azərbaycanda qısa müddətdə faaliyyətinə icazə verilmişdi. Yalnız fəaliyyətinə icazə verildiyi dövrdə onun diplomları tanınır”.

 Kamran Əsədovun fikirincə, diplomların tanınmasından imtinaya səbəblər var:

"Bir çox hallarda azərbaycanlı gənclər xarici ölkədə təhsil almağa gedirlər, amma tələb olunan müddət ərzində həmin ölkədə təhsil almırlar və yaxud da qiyabi təhsil alırlarsa 15 gün, əyani təhsil alırsa isə 90 gün orada olmalıdırlar. Amma bu müddətdən azad olanda təbii ki, diplomların tanınmasından imtina olunur və yaxud da tədris dilini bilmirlər, gedirlər xarici ölkədə Gürcüstanda, Ukraynada oxuyurlar, amma bu ölkələrin dilini bilmirlər. Həmin universitetlər öz ölkələrində lisenziya almadan fəaliyət göstərir, yaxud da lisenziyaları bitib. Bu halda onların diplomları Azərbaycanda tanınmır. Siyahı üzrə universitetlərin böyük əksəriyyətində azərbaycanlılar fəaliyyət göstərirlər və universitetlərin diplomlarının tanınması ilə bağlı bir problem yoxdur. Problem yalnız Azəraycan ərazisində fəaliyyət lisenziyası ilə bağlıdır”. 
 
Ekspert hesab edir ki, bu universitetlərin diplomları ona görə tanınmır ki, onların Azərbaycanda rəsmi filialları yoxdur və yaxud da artıq yoxdur:

"Məsələn, Türkiyədə Anadolu Universitetində əyani oxusanız, onun diplomu tanınır, Azərbaycan ərazisində oxusanız, birmənalə şəkildə tanınmayacaq. Məhz problem budur. İnsanlar bilməlidirlər ki, onlar tələb olunan müddət ərzində gedib həmin ölkələrdə qalmalıdırlar, tədris dilini bilməlidirlər və universitetlər ENIC-NARIC.Net portalında olmalıdır”.

Qeyd edək ki, Azərbaycanda bəzi xarici universitetlərin diplomlarının tanınmaması ilə bağlı siyahı açıqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin