BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.0859
  • TRY
    0.044
  • GBP
    2.2683
16348

Bu ilin I yarısında Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi - “Azəralüminium” MMC 48,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Valyuta.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,05 % çoxdur.

Xatırladaq ki, “Azəralüminium” əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. Onun Gəncə Alüminium Kompleksinin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kilovoltluq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir.

Kompleksdə avtomatlaşdırılmış, müasir texnologiyalara əsaslanan, ildə 54 min ton ilkin alüminium istehsal gücündə zavodlar fəaliyyət göstərir. Kompleksdə istehsal olunan maye şəkilli ilkin alüminiumdan istifadə edərək, dünya standartlarına cavab verən Metaltökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu fəaliyyət göstərir. “Azəralüminium”un istehsal etdiyi məhsullar Avropa İttifaqı standartlarının bütün tələblərinə cavab verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Endirimlərin pərdəarxası - Real fürsət, yoxsa satış taktikası?

“Vetspan” şirkətinin 313 min manat vergi borcu var

5 marşrutun hərəkət sxemi dəyişdirilir

Kraliça Elizabetin həyatdaykən bir malikanə qiymətinə üzərində daşıdığı broşlar

Azərbaycanda çinli turistlərin ən çox üstünlük verdiyi bölgələr

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Qobustana giriş bahalaşır – Kimlər nə qədər ödəniş edəcək?

Azərbaycanda qızıl və qiymətli daşlara dair texniki tələblər sərtləşdirildi

Bakının bu ərazisində evlər söküləcək - XƏBƏRDARLIQ

Bakının bu ərazisində evlər söküləcək - XƏBƏRDARLIQ

Azərbaycanda bu televiziyanın adı dəyişdirildi

Balakəndə kanat yolu tikilir- 5 milyon manat ayrıldı

Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SİYAHI

Şuşa ilə bağlı 17 milyonluq layihə

Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib

Dünyanın “ən çirkli” pulu hansıdır?

Mərkəzi Bank elektron pul təşkilatına icrası məcburi göstəriş verib

Azərbaycanda bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə

Məhkəmə “Azərsu”nun şadlıq sarayına yazdığı əsassız borcu sildi

"Şərurlu İsfəndiyar"la bağlı vəsatət verilib

Hüseyn Bağırlı “AFB Bank”ın İdarə Heyəti Sədri yanında Biznes Bankçılıq üzrə Müşavir təyin edilib

Hüseyn Bağırlı “AFB Bank”ın İdarə Heyəti Sədri yanında Biznes Bankçılıq üzrə Müşavir təyin edilib

Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi®

Azərbaycana dekorativ balıq satan ölkələr - Kiloqramı 116 manatdan

"Apple"dan "Google"a süni intellekt zərbəsi: Axtarış müharibəsi başlayır

"Emirates" rekord mənfəət əldə edib

“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi®

"Linkedin" süni intellektlə vakansiya axtarışını asanlaşdıracaq

Daha 4 KOB subyekti vergidən azad olundu

AZAL Moskvaya daha iki reysi təxirə salıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin