BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
16213

Aqrar Sığorta Fondu ölkədəki fermerlərə və aqrar sahədə fəaliyyət göstərən iş adamlarına müraciət edib. Fond fermerləri və sahibkarları təsərrüfatlarını sığorta edərkən məhsuldarlıq, qiymət, eləcə də əldə ediləcək gəlir gözləntiləri ilə bağlı fonda dəqiq məlumatlar verməyə çağırıb.

Bu barədə Valyuta.az-a Fonddan bildirilib.

Bildirilir ki, təsərrüfatlar, xüsusilə də əkin sahələri sığortalanarkən fermerlərin tədim etdiyi məlumatlar - məhsuldarlıq, məhsulun qiyməti və əldə ediləcək (gözlənilən) ümumi gəlir əsas götürülür. Fermerin ödəyəcəyi sığorta haqqı da həmin məbləğə əsasən hesablanır. 

Bununla yanaşı, fermer və sahibkarlar nəzərə almalıdırlar ki, gələcəkdə sığorta hadisəsi baş verərsə, sığorta ödənişinin hesabalanması zamanı da fermerin müqavilədə göstərdiyi məbləğlər əsas götürüləcək. 

“Bəzi fermerlər təsərrüfatlarını sığorta edərkən daha aşağı sığorta haqqı ödəmək məqsədilə əkin sahəsindən məhsuldarlığı və gözlədiyi gəlirin məbləğini daha aşağı göstərməyə cəhd edirlər. Sığorta müqaviləsi bu rəqəmlər əsasında imzalana bilər. Amma hadisə baş verərkən sığorta ödənişi hesablananda da bu rəqəmlər nəzərə alınacaq və onda ödənişin məbləği də reallıqdan daha aşağı ola bilər”, - deyə fonddan bildirilib.

Fond fermerləri bu məqamı nəzərə almağa və sığortalanan zaman daha real məlumatlar təqdim etməyə çağırır: 

“Aqrar sığorta  - dövlətin kənd təsərrüfatı və bu sahədə çalışan fermer və sahibkarlara dəstək üçün yaratdığı mühüm mexanizmidir. Sığortanın məqsədi fermerlərin təsərrüfatlarını və gəlirlərini qorumaq, hadisə baş verərsə onların zərərini ödəyərək davamlı fəaliyyətlərinə dəstək olmaqdır. Bunun üçün isə fermerləri fonda dəqiq məlumatlar verməyə dəvət edirik”.

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizmi 2020-ci ilin noyabrından fəaliyyətə başlayıb. Aqrar sığorta vasitəsilə 14 növ bitki, südlük inəklər və balıqçılıq təsərrüfatları sığortalanır. İndiyədək Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 13 min hektar əkin sahəsi və 2500-dən artıq iribuynuzlu mal-qara sığortalanıb. 2021-ci ilin iyun ayından etibarən aqrar sığorta üzrə sığorta ödənişlərinə də başlanılıb. 

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Təyyarələrdə sərnişin məlumatları qaydaları təsdiqləndi

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

987 manatlıq qan alınıb - Bu ölkələrdən

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin