BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
16208

Azərbaycan Respublikası Prezidentinin “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” sərəncamına (2020-ci il 8 iyun tarixli, 2083 nömrəli) əsasən, qoruğun sərhədini və mühafizə zonasını təsdiq edən xəritənin təsdiqlənməsi üçün layihə təklifləri müvafiq dövlət qurumlarına göndərilib.

Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib. 

Qeyd olunub ki, qoruq ərazisindəki abidələrin tədqiq olunması üçün AMEA-nın bir sıra institutları ilə əməkdaşlıq çərçivəsində elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparılıb.

"“Beşbarmaq dağı” qoruğunun xüsusi mühafizə rejiminin tətbiqi ilə bağlı sənədlər hazırlanıb və artıq Nazirlər Kabineti tərəfindən təsdiqlənib. İyulun 1-də Nazirlər Kabineti tərəfindən Qoruğun əsasnaməsi də təsdiqlənib. Bu isə artıq qoruğun müvafiq ştat yerlərinin təsdiqlənməsinə və fəaliyyətə başlamasına imkan yaradacaq. Beşbarmaq dağını ziyarət edənlərin sayının çox olduğunu nəzərə alaraq, abidələrin qorunması üçün əraziyə mühafizə polisinin nəzarəti təmin edilib".

Qurumdan həmçinin bildirilib ki, ilk növbədə Beşbarmaq dağının ətrafındakı yolun təmiri nəzərdə tutulur. Ərazidə qoruq idarəsinin fəaliyyəti üçün baza infrastruktur binalarının tikintisi, yolun bərpası başa çatdıqdan sonra burada turizmin inkişafına imkan verən digər əhəmiyyətli layihələr də həyata keçiriləcək:

"Beşbarmaq dağı ölkənin şimalında yerləşən digər əsas turizm destinasiyaları (Qalaltı, Quba, Qusar, Şahdağ, Xınalıq və s.) arasında yerləşir. Odur ki, bu məkan Azərbaycanın əsas turizm dəhlizlərindən biri hesab edilən şimal marşrutu üzrə önəmli bir məntəqə kimi təbliğ olunub.

Bu istiqamətdə müvafiq saytlarda, yerli və xarici platformalardan Beşbarmaq dağı haqqında məlumatlar yerləşdirilib. Ərazidə aparılmış arxeoloji qazıntılar gələcəkdə Beşbarmaq dağının yalnız dini-mənəvi destinasiya, unikal təbiət abidəsi kimi təbliği ilə yanaşı, həm də arxeoturizm destinasiyası - orta əsrlər aid qədim yaşayış məntəqəsi kimi təbliğinə imkan verəcək.

Beşbarmaq dağının ərazisi quşların miqrasiyasını müşahidə etmək üçün unikal bir yerdir. Hər il milyonlarla köçəri quş bu ərazidən keçməklə cənuba köç edir. Bu ərazi quş müşahidəçiləri üçün qiymətli bir yer olduğundan, Beşbarmaq dağı ərazisində “Köçəri quşların müşahidəsi” ilə bağlı turizm məhsullarının inkişafı istiqamətində işlər görülüb.

Dünyada populyarlıq qazanan bu turizm növü ilə bağlı sertifikat təlimləri keçirilib, Azərbaycanda və xarici ölkələrin turizm platformalarında təbliğ olunub".
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Nazir Saleh Novruzini işdən çıxardı

Nazir Saleh Novruzini işdən çıxardı

Azərbaycanda təhlükəli tullantılar daha çox bu sahələrdə yaranır – MÜQAYİSƏ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin