Bakının bu ərazisində içməli su 1 aydır küçəyə axır - VİDEO
Paytaxtın Sabunçu rayonunda bir aya yaxındır içməli su borusu deşilib və su küçəyə axır. Bu, israfçılıq olmaqla yanaşı, həm də ərazidə yaşayan sakinlər üçün müəyyən çətinliklər yaradır.
Valyuta.az xəbər verir ki, "XəzərXəbər" ərazidə çəkiliş apardıqdan sonra aidiyyəti qurum hərəkətə keçib. Problemin həll olunması üçün işlərə başlanıb.
Boru deşilib, içməli su ətrafa yayılıb.
Görüntülər paytaxtın Sabunçu rayonundandır. Mübariz İbrahimov küçəsində bir müddətdir içməli su küçəyə axır. Sakinlər deyirlər ki, bununla bağlı aidiyyəti qurumu da məlumatlandırıblar.
Yaranmış vəziyyət həm küçədə piyadaların hərəkətinə mane olur, həm də sürücülər yoldan keçərkən çətinliklə üzləşirlər.
Çəkilişdən sonra əraziyə "Azərsu" açıq səhimdar cəmiyyətinin əməkdaşları cəlb olunublar.
Qurumdan bildirildi ki, su borusunun üstü açıldıqdan sonra onun vəziyyəti qiymətləndiriləcək və həmin boru qısa zamanda yenisi ilə əvəz olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay