BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
16090
Aytəkin Məmmədova: “Aqrodronlarla dərmanlama əsasən texnikaların girə bilmədiyi sahələrin dərmanlanmasını həyata keçirir”

 

“Aqroservis” ASC tərəfindən aqrar sahədə tətbiq edilən innovativ yeniliklərdən biri də gübrələmədə yeni texnologiyanın tətbiqidir. 

Valyuta.az xəbər verir ki, bu fikri ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova, media nümayəndələrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Cəmiyyət tərəfindən fermerlərə aqrodronlar vasitəsilə dərmanlama və gübrələmə təklif edilib: 

“Aqrodronlar ilk öncə sahəni monitorinq edir, xəstəlik və ziyanverici sirayətləmə arealını skan edir. Skan olunan ərazi isə opetativ şəkildə dərmanlanır. Aqrodronlarla dərmanlama və gübrələmə əsasən texnikaların girə bilmədiyi sahələrin, sahənin xəstəlik sirayətlənən sahələrin dərmanlanmasını həyata keçirir”.

Səfər çərçivəsində media nümayəndələrinə Pinochio 250/5 riperinin də fəaliyyəti nümayiş etdirilib. 

 “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova riperin fəaliyyəti ilə bağlı açıqlama verib. 

A.Məmmədov, bu riperin ənənəvi kotandan əsas üstünlükləri barədə məlumat verib: 

“Bu da ondan ibarətdir ki, onun istifadəsi zamanı dərində kipləşmiş torpaq qatları partladılır və bitkinin kök ifrastrukturu düzgün inkişaf edir. Kipləşmiş torpaq qatlarının partladılması suvarma zamanı torpağın dərin qatlarına suyun daxil olmasını təmin etməklə, vegetasiya dövrü ərizində bitkinin kök strukturunda nəmliyi qoruyub saxlayır. Qeyd olunan proses əlavə su sərfiyyatının da qarşısını alır. Riperlə şum zamanı torpaq  çevrilmədən şumlanır, bu da öz növbəsində torpağın münbit qatında olan mikro və makro elementlərdən bitkinin faydalanmasına səbəb olur və torpağın nəmliyini daha uzun müddət saxlayır.  
 
Əlavə olaraq, aqreqatın arxasında yerləşdirilmiş bir-birinin əksinə işləyən dişli mərdanələr vasitəsilə, torpaq kəltənləri xırdalanır və torpağın relyefi düzəlir. Bu isə fermerlərə imkan verir ki, bir əməliyyatla həm şum aparılmasını, həm də və diskləmə prosesini həyata keçirərək, toxum səpininə başlasınlar”.

Qeyd edək ki, media nümayəndələri daha sonra biçindən sonrakı ilkin şumu izləyiblər.

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi

Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu ®

Bakıda fantastik qiymətə ev kirayə verilir (FOTO)

Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bu il sosial sığorta yığımları 1,8 mlrd. manatı ötüb

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu

Azərbaycanda ən böyük sahibkarlıq subyektləri hansı şəhərdədir? – TOP 5

Suqovuşandakı 5 mərtəbəli yaşayış binalarının tikintisi başa çatır

“Caspian Agro 2024” sərgisi çərçivəsində "GreenAgroHack" hakaton yarışması keçiriləcək

Azərbaycan və İran Araz çayı üzərində “Qız Qalası” hidroqovşağını işə salacaq

Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb

Bakıda məşhur bazar söküləcək

Novruz Məmmədov vəzifəsindən azad edildi

Novruz Məmmədov vəzifəsindən azad edildi

Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib

2030-cu ilədək dünyada nə qədər rəsmi iş yerinə ehtiyac olacağı açıqlanıb

Taksidən istifadə edənlərin sayı artır, yoxsa azalır? – Son 7 ilin məlumatları

Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb ®

Nuranə Ələkbərova vəzifəsindən azad edildi

Nuranə Ələkbərova vəzifəsindən azad edildi

Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib - Nazir müavinindən açıqlama

Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib - Nazir müavinindən açıqlama

İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

“Yapı Kredi Bank Azərbaycan"nın qiymətli kağızlara yatırımları kəskin azalıb

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər cərimələnəcək

AYNA neçə sürücüyə taksi fəaliyyəti üçün icazə verib?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin