1 hektar kartof sahəsini sığorta etmək neçəyədir? – MƏBLƏĞLƏR AÇIQLANDI
Azərbaycanda əkin sahələrinin növbəti sığorta vaxtı yaxınlaşır. Artıq avqutst ayının sonundan etibarən fermerlər Aqrar Sığorta Fonduna müraciət edərək taxıl və kartof əkinlərini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalaya bilərlər.
Valyuta.az xəbər verir ki, bunu nəzərə alaraq Aqrar Sığorta Fondu iş adamlarına və fermerlərə kartof sahələrinin sığorta qiymətini xatırladır.
Azərbaycanda 1 hektar kartof sahəsini yanğından, doludan və digər hadisələrdən qorumaq neçəyə başa gəlir?
Təqribən 11 min manatlıq kartof məhsulu yığılan sahə üçün sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) belədir:
Qarabağ regionu - 73 manat
Şərqi Zəngəzur regionu 73 manat
Şəki-Zaqatalada - 120 manat
Lənkəran–Astara region - 49 manat
Qazax–Tovuz ərazisi - 180 manat
Mərkəzi Aran rayonları - 59 manat
Quba-Xaçmaz bölgəsi - 49 manat
Mil–Muğan regionunda - 59 manat
Abşeron-Xızı bölgəsində - 49 manat.
Gəncə–Daşkəsən regionunda - 180 manat
Şirvan–Salyan zonasında - 59 manat
Dağlıq Şirvan bölgəsində - 46 manat
Bakıda - 49 manatdır.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş "Bitkiçilik kalkulyatoru" vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay