BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
15899

İyulun 21-də Baş nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib. Müşavirədə şənliklərin qərarda müəyyən olunmuş tələblərə uyğun şəkildə keçirilmədiyi, bu səbəbdən də ölkə üzrə yoluxma sayında artımların müşahidə edildiyi vurğulanıb.

Bildirilib ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər, yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa bununla bağlı açıqlama verib. 

Deputat deyib ki, Operativ Qərargah toylardansa, ictimai nəqliyyatı müzakirə etməli idi:

“Bizim toy mədəniyyətimiz onsuz da aşağı idi, adətlərin həddən artıq zərərini görürdük, bu yeni bir şey deyil. Amma pandemiya vaxtı sosial məsafənin gözlənilməsi baxımından daha az sayda insanın toplanması vacibdir. Əvvəldən də dediyimiz kimi, toylara hərarətin ölçülməsi, ilkin əlamətlərin hiss edilən dərəcədə olmasına diqqət etmək kifayətdir.

Operativ Qərargah əvvəldən cilalanmış qərar verməli idi ki, problem yaranmasın. Həm də bu məsələdə sahibkarların da vəziyyətini nəzərə almaq lazımdır. Çünki uzun müddət işləməyiblər, gəlirləri olmayıb. Ona görə də bu ərəfədə sadəcə eyni yeməyi verən yerlər arasında fərqi görə bilirsən. Ümumilikdə isə vəsaitin vətəndaşın belindən çıxarılması nəzərdə tutulub. Vətəndaş özü əslində buna razılıq verir. Çünki şöhrətpərəstlik imkan vermir ki, tədbirlərini daha mütəvazi və sadə formada keçirsinlər.

Operativ Qərargah toydan çox ictimai nəqliyyatı müzakirə etməli idi. Orada müəyyən etməli idilər ki, kimin taksi şirətlərilə sövdələşməsi var ki, Operativ Qərargahın adından verilən qərar ancaq taksi şirkətlərinin marağına xidmət edir. Bu qərarın nə pandemiyaya dəxli var, nə vətəndaşa xeyir gətirən haldır”.

Deputat bayram, şənbə, bazar günlərində ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılmasını absurd sayıb:

“Bu qərara baxmaq lazımdır. Yüzlərlə, minlərlə insan var ki, taksiyə minməyə imkanı yoxdur. Onları sıxıntı içərisində saxlamaq yanlışdır”.

F.Mustafa yoluxma sayının artması ilə gözlənilən qapanma məsələsinə gəlincə, bunu normal sayıb:

“Yoluxma artarsa, çıxış yolu qapanmaya getməkdir. Amma bu zaman ictimai nəqliyyatı məhdudlaşsdırmaq olmaz. Əksinə, alternativlər olmalıdır ki, insanlar sosial məsafə gözləyə bilsinlər. Yoxsa, insan başqa maraqlara xidmət edənlərin varlığına inanmağa başlayır. Çünki başqa izahı yoxdur. Bayram günündə insanları sıxıntıya salmaq heç bir prinsipə uyğun gəlmir.

Qapanmaya gedilməsi normaldır. Virus təhlükəsi tam olaraq aradan qalxmayıb, amma bəzi sahələrdə yersiz məhdudlaşdırmalara gedilməsi doğru deyil. Məsələn, ictimai nəqliyyatla bağlı məhdudlaşma yersizdir, metro da işləməlidir, avtobus da. Sadəcə nəzarət olmalıdır. Biz nəzarət edə bilmirik deyə, ən yaxşı yolu kəsib atmaq, qapanmağı seçirik. Nəzarət edəndə, insanlar qaydalara əməl edəcəklər. Amma nəzarətsiz olanda hər kəs bildiyi kimi hərəkət edir ki, bu da virusun yayılmasının səbəblərindən birinə çevirilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türk Hava Yolları Suriyaya uçuşlara başlayacaq

Xaricdə təhsil alan bu şəxslərin diplomu tanınmayıb

Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi

İranda ilk yerli kəşfiyyat gəmisi istismara verildi

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Qatlanan, cibə yerləşən dron təqdim olunub - SƏHƏR OXUSU

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin