Dövlətə məxsus 4 səhmdar cəmiyyəti özəlləşdiriləcək
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 17-də təşkil olunacaq hərraca 18-i kiçik dövlət müəssisəsinin və qeyri-yaşayış binasının, eləcədə 4 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləri çıxarılacaq.
Nazirlikdən Valyuta.az-a verilən məlumata görə, özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı Xidmətin saytından tanış olmaq olar.
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyənlər emlak.gov.az və ya privatization.az hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay