BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
15865

Siciliyanın mərkəzində yerləşən italyan şəhəri Sambuka bir müddətdir ki, əksər qlobal media mənbələrinin diqqətini cəlb edib. Səbəb burdakı evlərin 2 avrodan satışa çıxarılmasıdır.

Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, İtaliya hökuməti bununla az qala “ölü şəhər”ə çevrilmiş bu regiona əhali və turistlər cəlb etmək və onu yenidən canlandırmaq niyyətindədir. Bu baxımdan Sambukadan başqa Kampaniya əyalətindəki Zunqoli və Siciliyadakı digər şəhər - Mussomeli də eyni vəziyyətdədir.

1968-ci ildə Siciliyadakı Beliçe vadisində baş verən faciəvi zəlzələ bölgəyə çox ciddi ziyan vurub. Bundan sonra insanlar bir sıra kiçik şəhərləri tərk edərək, başqa yerlərə köçüblər. Bir çox evlər dağılsa da, hələ 1920-ci illərdə tikilmiş və yaxşı vəziyyətdə olan evlər də çoxdur.

Hökumətin hələ 2019-cu ildə start verdiyi proqramda evlərin ilk partiyası 1 avrodan auksiona çıxarılıb. Həmin vaxt 16 ev 1 avrodan 10 min avroya, bəziləri isə 5 avrodan 25 min avroya qədər qiymətə satılıb.

İyulun 15-də elan edilən yeni raundda 50-80, bəziləri 120 kv. metrə qədər evlər 2 avrodan başlayaraq, təklif olunacaq. Hərracda iştirak etmək üçün son qeydiyyat tarixi noyabrın 5-idir.

Daha sonra keçiriləcək açıq auksionda 5 min avro həcmində girov qoymaq tələb olunur. Həmin məbləğ auksionda uduzanlara geri qaytarılır, qalib gələnlər üçün isə evlərin qiymətini ödəmək üçün depozit rolunu oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb

Azərbaycanda ən çox gəliri olan partiyalar - SİYAHI

Bakıda alça bu qiymətə satılır - FOTO

Yanacaqdoldurma obyektləri ilə bağlı yenilik

Taksi sürücülərinin iş qrafiki necə olmalıdır? - AÇIQLAMA

Bakı Ağır Cinayətlər Məhkəməsi mərkəzdən köçürülür - Tikinti başladı

100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Vyetnam ABŞ-yə Çin mallarına nəzarətin gücləndirəcəyini vəd etdi

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

MİDA: Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alıb

Azərbaycanda orta aylıq əməkhaqqı 1 043 manata yüksəlib

Əsas kapitala 3,4 milyard manat investisiya yönəldilib

Bəzi şəxsləri 7 min manatlıq cərimə gözləyir

Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq, SMS göndəriləcək

15.8 milyard manatlıq istehsal - Sektor böyüyür

Trendyol Azərbaycan bazarına necə inteqrasiya edir?

Azərbaycan iqtisadiyyatı böyüyüb

Naxçıvan Ali Məhkəməsinə hakim təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin