
16.07.2021 / 14:14
Azərbaycanın mənzil bazarında bir ildə qiymətlər 2,4 faiz artıb
15743
Bu ilin II rübündə Azərbaycanın mənzil bazarında qiymət indeksi əvvəlki rüblə müqayisədə 100,9%, o cümlədən ilkin mənzil bazarı üzrə 101,6%, təkrar mənzil bazarı üzrə isə 100,9% təşkil edib.
Bu barədə Valyuta.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, ötən ilin analoji rübü ilə müqayisədə mənzil bazarında qiymət indeksi 102,8%, o cümlədən ilkin mənzil bazarı üzrə 102,7%, təkrar mənzil bazarı üzrə isə 102,8% təşkil edib.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın mənzil bazarında ötən ilin analoji dövrü ilə müqayisədə 2,4%-lik bahalaşma qeydə alınıb, o cümlədən ilkin mənzil bazarında qiymətlər 2%, təkrar mənzil bazarı üzrə isə 2,4% artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay