BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
15535

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli məhkəmə prosesi kifayət qədər maraqlı ola bilər. 

Valyuta.az Hit.az-a istinadən xatırladır ki, Vüqar Səfərli Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə təqsirli bilinir. Artıq ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İyulun 23-nə hazırlıq iclası təyin edilib.

İddialara görə, Vüqar Səfərli məhkəmə prosesində susmaq fikrində deyil. Onun müəyyən adlar çəkəcəyi gözlənilir. Bu sırada xüsusilə Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı hallanır.

Vüqar Səfərli KİVDF-nin icraçı direktoru olsa da, bu qurum Əli Həsənovun nəzarətində olub. Vüqar Səfərli Əli Həsənovdan iznsiz hər hansı addım atmayıb. 

Hələ Vüqar Səfərlinin istintaqı zamanı Əli Həsənovun da istintaqa çağırıldığı bildirilirdi. O zaman Baş Prokuroluq bu məlumatı nə təkzib, nə də təsdiq etmişdi. Prokurorluğun açıqlamasında deyilirdi: "Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir".

Daha sonra xəbər yayıldı ki, Əli Həsənov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və axtarışa verilib. Baş Prokurorluq bu məlumatı təkzib etmişdi. “Facebook”da Əli Həsənovun adına olan səhifədə də onun cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunması ilə bağlı iddialar təkzib olunmuşdu:

"Məlumat verirəm ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə on-on beş günə Azərbaycana qayıdacağam".

Bu məlumatların yayılması təsadüfi hesab edilmir. Ehtimal olunur ki, Vüqar Səfərli, yaxud istintaqa təqsirləndirilən şəxs və şahid qismində cəlb edilən digərləri ifadələrində Əli Həsənovun da adını çəkib. Bu barədə məlumatın mediaya sızması Əli Həsənovun məsuliyyətə cəlb olunacağı barədə xəbərlərin yayılmasına səbəb olub. 

Vüqar Səfərli məhkəmədə susmayacaqsa və Əli Həsənovun adını çəkəcəksə, Prezidentin keçmiş köməkçisi də mühakimə olunanlarla bir sırada dayana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ Ayda nadir tapılan maddənin çıxarılması üçün xüsusi qurğu hazırladı

158 min manat vergi borcu olan şirkət kimindir?

"Volkswagen" ID subbrendindən imtina edir

Neyroşəbəkələrlə mübahisə: Süni intellekt, yoxsa insan daha inandırıcıdır?

Vergi borcu olan şirkət direktorunun ölkədən çıxışına STOP qoyuldu

Dünyanın ən incə oyun noutbuku tanıdıldı - FOTO

FHN-nin Cəbrayılla bağlı 3 milyonluq tenderi ləğv edildi

"80 faiz qaydası": Zukerberq, Eynşteyn və Cobsu birləşdirən yanaşma

Bu ASC-yə məxsus əmlak hərraca çıxarılacaq

10 manatlıq şirkət borc içindədir

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu rayonlardadır

İlahiyyat İnstitutunda magistratura səviyyəsi üzrə yeni ixtisaslaşmalar açılıb

Bolqarıstan gələn ildən avroya keçəcək

Stomatoloqlardan 1200-1800 manat tələbinə TƏBİB-dən REAKSİYA

Daha çox dil, daha çox maaş...

Avropada ən yüksək gəlir hansı ölkələrdədir? -SİYAHI

“Bizə ödənilən rüsum xərclərimizin yarısını qarşılamır”

Kimlər əfvə düşə bilməz? (SİYAHI)

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olundu

Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ

Şirkətin əmlakı hərraca çıxarılır - Vergi borcuna görə

Feldşer lotereyadan 1 milyard uddu

İspaniyada mobil şəbəkələr çökdü: Böhranın səbəbi nədir?

“Şəki” restoranının sökülməsinə görə kompensasiya ödənilib - Fantastik məbləğ

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

Ağdamdan Özbəkistana 1,3 milyonluq divar kağızı ixrac olunacaq

Turizm Agentliyi xarici blogerləri Azərbaycana gətirəcək - 266 min pul ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin