BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
15446
Sərnişinlərin daşınmasının təşkili məqsədilə ikinci yol istifadəyə verilir

 

“Cəfər Cabbarlı” stansiyasında yenidənqurma tədbirlərinin ikinci mərhələsi başlanır. Bu mərhələ çərçivəsində stansiyanın birinci yolu və platformasında, habelə vestibülü və keçidlərində əsaslı təmir işləri aparılacaq. 

Bu sözləri Valyuta.az-a açıqlamasında, “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

Onun sözlərinə görə, hər şeydən əvvəl stansiyanın vəziyyəti qiymətləndirilib, yerinə yetiriləcək işlərin həcmi və miqyası müəyyən olunub və mərhələlərə bölünüb: 

“Əsas məsələ isə budur ki, “Xətai-Cəfər Cabbarlı” mənzilində hərəkət məhdudlaşdırılmayıb. Bu məqsədlə birinci mərhələdə təmir stansiyanın ikinci yolunda aparılıb. Həmin müddətdə qatarlar birinci stansiya yolundan hərəkət edib. Burada əsas məqsəd stansiyanın ölkədəki mürəkkəb iqtisadi dövrə təsadüf edən tikintisi zamanı yol verilmiş nöqsanların tamamilə aradan qaldırılmasıdır. Təmir və yenidənqurma tədbirlərinin ikinci mərhələsi çərçivəsində “Cəfər Cabbarlı” stansiyasının birinci yolunda da yol infrastrukturu tamamilə yeni əsaslarla inşa olunacaq. Burada da Bənövşəyi xəttin “8 Noyabr”, Yaşıl xəttin “Xətai” və “Elmlər Akademiyası” stansiyalarında olduğu kimi, yol infrastrukturunun təməli dəmir-beton bloklar üzərində qurulacaq. Bu məqsədlə köhnə yol infrastrukturu söküləcək, yol yatağı dağıdılacaq və texnoloji proseslərin ardıcıllığına uyğun olaraq yenisi quraşdırılacaq”.

Stansiyada birinci yolun divarının və platformaaltı sahənin əsaslı təmir olunacağını deyən B.Məmmədov qeyd edib ki, kabel kollektoru müasir infrastrukturun tələblərinə uyğunlaşdırılacaq: 

“Həmçinin stansiya yolunda, platformada və pilonlarda gücləndirmə işi aparılacaq. Burada işlər döşəmə və divarların üzlənməsi ilə tamamlanacaq. Stansiyanın keçidləri, vestibül səviyyəsində eskalatorların maili gedişi, giriş və çıxış sahələrinin tavan, döşəmə divarları, həmçinin xidməti otaqları əsaslı təmir olunacaq. Hərəkətin təşkili və idarəetmə avadanlıqları, təhlükəsizlik sistemləri və elektromexaniki avadanlıqları müasir standartların tələbləri səviyyəsində yenilənəcək”.

Metropoliten sözçüsü qeyd edib ki, stansiyada aparılan yenidənqurma işlərinin birinci mərhələsi stansiyanın bir yolu ilə yanaşı müvafiq tunellərdə də aparılır: 

“İkinci mərhələ çərçivəsində aparılacaq təmir prosesində “Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkəti dayandırılmayacaq. Qatarlar təmir işlərinin əsas hissəsi başa çatmış ikinci yol ilə “Xətai” stansiyasına hərəkət edəcək. Stansiyanın ikinci yolunda aparılan təmir və yenidənqurma prosesində hərəkətin təşkili ilə bağlı əsas işlər tamamlanıb. Burada yol infrastrukturu tamamilə yenilənib, həmçinin müvafiq gücləndirmə tədbirləri yekunlaşdırılıb. Döşəmə və divarlarda üzləmə işləri aparılıb. “Cəfər Cabbarlı-Xətai” mənzilində də tunellərin və şaxtaların təmir-bərpa işləri davam etdiriləcək. Əvvəlki mərhələdə olduğu kimi bu dəfə də birinci yol və ona bitişik tunellərdə təmir müntəzəm qaydada təşkil ediləcək. Digər sahələrdə təmir yalnız gecə növbələrində yerinə yetiriləcək”. 

B.Məmmədov vurğulayıb ki, ağır hidrogeoloji şəraitə malik “Cəfər Cabbarlı-Xətai” mənzilində, hərəkətin məkik qaydada təşkili də infrastruktura və tunellərin vəziyyətinə mənfi təsir göstərir: 

“Hazırda tunellərin sağlamlaşdırılması çərçivəsində gücləndirmə, korroziyadan təmizlənmə işi aparılır, axıntılar ləğv edilir, tübinqlərin yararsız boltları dəyişdirilir, korroziya əleyhinə boyaq maddəsi vurulur. Tunellərdə müvafiq gücləndirilmə ilə yanaşı, havalandırma sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir, yeni imkanlar yaradılır. Bu isə gələcəkdə tunellərin və buradakı avadanlıqların istismar ömrünün uzadılmasına əsaslı təsir göstərəcək”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftimizin qiyməti yenidən 85 dollara yaxınlaşır

Keçmiş prezidentlər Trampın andiçmə mərasimində iştirak etməyəcəklər

EBRD-nin Azərbaycan üzrə investisiya portfelinin həcmi 1 mlrd. manatı ötüb

Azərbaycanda ötən il 28 milyard kVt·st-dan çox elektrik enerjisi istehsal edilib

Türk Hava Yolları Suriyaya uçuşlara başlayacaq

Xaricdə təhsil alan bu şəxslərin diplomu tanınmayıb

Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi

İranda ilk yerli kəşfiyyat gəmisi istismara verildi

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Qatlanan, cibə yerləşən dron təqdim olunub - SƏHƏR OXUSU

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin