BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
15350

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaranması yeni iş yerlərinin açılması, yeni əlavə dəyər yaradılması, ixrac əhəmiyyətli istehsalın həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Valyuta.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli bu barədə açıqlama verib.

İqtisadçı qeyd edib ki, bunun nəticəsində həm ümumi daxili məhsulun həcmi artacaq, həm də ölkəyə valyuta axını güclənəcək:

Onun sözlərinə görə, burada üç istiqamətə xüsusi diqqət yetirilməlidir:

“1. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi mümkündür. Artıq bu istiqamətdə aktiv işlər həyata keçirilir. Burada heyvandarlıq, bağçılıq, əkinçiliyin müxtəlif istiqamətləri inkişaf etdiriləcək. Bu, ölkənin həmin məhsullar üzrə idxaldan asılılığını azaldacaq, ixrac üçün əlavə imkanlar yaradacaq.

2. Qarabağda turizm üçün çox yaxşı imkanlar var. Orada infrastrukturun təhlükəsiz istifadəsinə imkan yaradılmasından sonra turizm obyektlərinin inşa ediləcəyi gözlənilir. Qarabağın həm müalicəvi, həm coğrafi, həm də təbii tarixi imkanlarını əks etdirəcək turizm potensialı formalaşacaq. Bu, ölkəyə turist axınını şərtləndirəcək. Xüsusən dağ turizminə maraqlı olan şəxslər xərcləmələrini bu istiqamətə yönəldəcəklər.

3. Hasilat sənayesinin - qızıl, gümüş, mis və digər əlvan metal yataqlarının olması, Kəlbəcərdə, Zəngilanda, digər rayonlarda bu ehtiyatların mövcudluğu iqtisadiyyatın inkişafı üçün əlavə imkanlar yaradır”.

X.Kərimli vurğulayıb ki, Qarabağ iqtisadiyyatının bərpası prosesinin şəffaflığı növbəti illərdə ölkənin iqtisadi artımına müsbət təsir göstərəcək və yeni iş yerlərinin açılmasında əsas amil olacaq: 

“Dövlətin bu istiqamətlərdə investisiyaları həm alternativ enerji resurslarının, həm də nəqliyyat, kommunikasiya, kommunal infrastrukturun bərpasına şərait yaradacaq və bunun nəticəsində şirkətlər yaxın gələcəkdə Qarabağın bərpası zamanı yaranacaq işlərdən faydalanacaqlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin