BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
15276

Bakı Ağır Cinayətlər Məhkəməsində “AzGold” MMC-nin rəhbəri Müşfiq Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Valyuta.az APA-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, M. Muxtarov barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki Müşfiq Muxtarov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

İttihama əsasən, Müşfiq Muxtarov SOCAR-ın birgə müəssisəsi olan “AzGerneft” MMC-nin təchizat şöbəsinin rəisi Loğman Hacıyevdən xaricdən qızıl külçələr gətirib, qazanc əldə etmək adıyla üç dəfəyə 2 milyon 19 min pul alıb və qaytarmayıb.

Müşfiq Muxtarov isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdi ki, Loğman Hacıyev birgə biznes məqsədilə ona cəmi 1 milyon 600 min manat verib. İş adamının sözlərinə görə, bunun müqabilində də 200 min qazanc götürüb:

“Devalvasiyadan sonra işlərin yaxşı getmədiyini, qazanc olmadığını gördüm və 1 milyon 600 min manatını qaytardım. O, devalvasiya olduğunu əsas gətirib, məndən pulu dolların əvvəlki kursuyla hesablayıb, tələb etməyə başladı. Görəndə ki, məndən əlavə pul ala bilmir, əsassız şikayətlər yazmağa başladı”.

Loğman Hacıyev ifadəsində bildirib ki, Müşfiq Muxtarova verdiyi pulun 810 min manatı özünün, 741 min manatı qardaşının, 468 min manatı isə Müzəffər Həsənov adlı tanışının olub. Onlar da qızıl külçə biznesinə sərmayə yatırmaq məqsədilə pul veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda parklanma məntəqələrinin sayı azaldılıb

Aİ Çindən göndərilən ucuz bağlamalara rüsum tətbiq edəcək

"Bitcoin"in məzənnəsi tarixi maksimumu yeniləyib - 109 min dollar oldu

Çində oğurlanmış "iPhone"ların qlobal anbarı aşkarlandı

Mərkəzi Bank "Bakı Pambıq Əyirmə" ASC-ni cərimələyib

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsi olmayanların nəzərinə - İMTAHANSIZ VERİLƏCƏK

Elektromobil idxalında eniş - 23 milyon dollarlıq azalma olub

"Fortnite"da süni intellektlə yaradılmış "Darth Vader" böhranı: "Epic Games"ə ittiham

Məşhur iş adamına məxsus şirkətin vergi borcu 1,2 milyon manata çatıb

Dünyanın ən zəngin NBA oyunçuları - Sərvətləri

Milli Depozit Mərkəzi ilə Qazaxıstan Fond Birjası arasında görüş keçirilib

Turizm və Menecment Universitetinin tenderi niyə baş tutmayıb?

Prezidentlərə təqdim olunan yemək menyusu - Foto

Bu gündən Qarabağın bu rayonlarına da öz maşınlarınız ilə gedə bilərsiniz!

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

49 min manat vergi borcu olan bu şirkətin əmlakı hərraca çıxarılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Britaniya sanksiyaya məruz qalan rusları evlərini satmağa çağırır

Kiloqramı 32 manatdan göbələk teli alındı

Meşə fındığının xaricə satışından 52 milyon dollardan çox gəlir əldə olunub

Həmin zabitə 11 il həbs verildi

Azərbaycan Dağıstanda gündə 100 ton zeytun yağı emal edəcək zavod qurur

Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub®

İcra başçısı şirkət rəhbərinin oğluna yüksək vəzifə verdi

Bu şəxslərin maaşı artacaq

Yapon şirkətləri ABŞ rüsumlarına görə 27,6 milyard dollar itirə bilər

"Azərbaycan şirkətlərində liderlərin sayı rəhbərlərin sayını ötür"

1,8 milyard "Gmail" istifadəçisi risk altında: Bu mesaja cavab verməyin!

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin