Məktəbli formaları dəyişir - VİDEO
Yeni tədris ilindən şagirdlərin məktəb formaları dəyişəcək.
Valyuta.az-ın Xezerxeber.az-a istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin 2019-cu ildən ictimai rəyi öyrənməklə başladığı şagirdlərin yeni geyim formalarının layihəsi artıq Nazirlər Kabinetinə təqdim edilib.
Bu layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.
Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.
Həmçinin yeni geyim formaları təsdiq olunduqdan bir müddət sonra da hazırda istifadə olunan məktəbli formaları qüvvədə qalacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay