BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
15151

Son vaxtlar Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiamətində tədbirlər həyata keçirilir.

Bu barədə Valyuta.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

Agentlik velosiped nəqliyyatının inkişafına dair strategiya hazırlayaraq icra edir. Strategiyaya əsasən velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcək ki, bu da gələcəkdə velosiped yol şəbəkəsini formalaşdıracaq.

Ümumilikdə, velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub: 1)yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə; 2)digər ərazilərdə isə tikinti-quraşdrıma işləri aparılmaqla. Şəhərin əsasən mərkəzi hissəsini əhatə edən 7,5 km uzunluğunda velosiped yolu məhz tikinti-quraşdırma işlərini tələb edir. Layihə aidiyyəti qurumlarla razılaşdırılıb və icra ediləcək.

İnfrastrukturun imkan verdiyi ərazilərdə isə artıq strategiyada nəzərdə tutulan velosiped şəbəkəsinin ilk fazası icra edilib. Söhbət Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən velosiped yolundan gedir. Yay mövsümündə şəhər əhalisinin daha çox bu məkanlara üz tutduğunu nəzərə alsaq işlərə məhz bu ərazilərdən başlanılmasına qərar verilib.

Bakı Dairəvi maililiyi, həmçinin mövcud infrastruktur bu ərazidə velosiped yolunun salınmasına imkan verir. 2 km-lik velosiped yolu 2 istiqamət üzrə 2.50 m enində təşkil edilib və təhlükəsiz hərəkəti təmin etmək məqsədilə 70 sm enində bufer zona yerləşdilib. Eyni zamanda bufer zonada diqqəti və görünmə səviyyəsini artırmaq üçün işıqqaytarıcı effektə malik rezin dirəklər quraşdılıb.

Avtomobil sürücülərindən xahiş edirik ki, velosipedçilərin hərəkətini çətinləşdirməsinlər və yol hərəkəti qaydalarına əməl etsinlər. Velosiped yolu üzərində avtomobili park etmək və ya velosiped yolu boyunca hərəkət etmək qadağandır. Müəyyən edilən yerlərdə velosipeddən istifadə edənlərin hərəkət üstünlüyünə də anlayışla yanaşılmasını tövsiyə edirik. Eyni qaydada velosiped istifadəçiləri də yol hərəkəti qaydalarına əməl etməlidirlər.

Yolun əhatə etdiyi ərazidə 10 minə yaxın əhalinin daimi yaşadığını və yaz-yay aylarında çoxlu sayda ziyarətçi cəlb etdiyini nəzərə alsaq, hazırlanmış layihə turizm sektorunun inkişafı baxımından da xüsusi əhəmiyyətə malikdir. Növbəti mərhələlərdə isə sözügedən velosiped yolunun Buzovna və Pirşağı qəsəbələrinə qədər təşkil edilməsi planlaşdırılır ki, bu da qəsəbələrarası əlaqələndirmədə velosiped nəqliyyatının payının artmasına imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin