BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
15144

Lerik rayonunun dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən Dizdipok kəndində taxıl biçini aparılıb. Biçin prosesinə dağlıq ərazilərdə, maili sahələrdə biçin üçün ixtisaslaşmış dağ kombaynları cəlb olunub.

Kənd Təsərrüfatı Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, biçin prosesində iştirak edən nazir İnam Kərimov yeni nəsil dağ kombaynlarını idarə edən mexanizatorlarla söhbət edib, fermerlərlə dağlıq ərazilərdə biçinlə bağlı fikir mübadiləsi aparıb. 

Nazir bildirib ki, əvvəllər yüksək dağlıq ərazilərdə biçin prosesi yalnız sovet istehsalı olan köhnə kombaynlarla aparılıb. 

O, kombaynların maili ərazilərdə biçin aparmaq xüsusiyyətinin zəif olması biçində çoxsaylı çətinliklər yaradıb: 

“Ötən il “Aqroservis” ASC-nin xətti ilə alınmış yeni nəsil dağ kombaynları biçilməsi çətin olan, dağlıq və dağətəyi zonalardakı sahələrdə biçin problemini aradan qaldırıb. Yeni nəsil dağ kombaynlarının ölkəmizə gətirilməsi nahamar relyefli dağlıq və dağətəyi rayonlarımızda da dəmyə şəraitində dənli bitkiləri becərməyə imkan verir”.

Nazir İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, respublikada taxl biçini yekunlaşmaq üzrədir: 

“Bu günə kimi taxıl sahələrinin 87 faizində biçin prosesi başa çatıb. Artıq yalnız dağlıq və dağətəyi rayonlarda biçin gedir. Əvvəlki illərdə olduğu kimi bu il də taxıl biçini mütəşəkkil təşkil olunub, bu səbəbdən ötən illə müqayisədə biçin prosesini ən azı 10 gün tez yekunlaşdırmaq ərəfəsindəyik. Orta məhsuldarlıq çox yüksəkdir, respublika üzrə taxıl üzrə orta məhsuldarlıq 32 sentnerdən yuxarıdır, ayrı-ayrı taxılçılıq rayonlarında buğda üzrə orta məhsuldarlıq göstəricisi 40 sentneri keçib. Doğru toxum seçimi, düzgün aqrotexniki qulluq nəticəsində respublikanın ayrı-ayrı təsərrüfatlarında 60 sentnerdən çox məhsul görürən fermerlərimiz var”.

Nazir qeyd edib ki, yüksək dağlıq ərazilərdə biçin apara biləcək xüsusi dağ kombaynlarının alınması sayəsində dağ kəndlərində, yüksək maili ərazilərdə biçin problemi köklü şəkildə həll olunub: 

“Artıq dağ kombaynları ilə Yardımlı, Lerik, Cəlilabad rayonlarının dağlıq ərazilərində biçin aparılıb, Şəmkir, Şamaxı və Qobustan rayonlarının yüksək dağlıq hissələrində yaxın günlərdə kütləvi biçinə start veriləcək. Biçin prosesinin mütəşəkkil təşkili üçün nazirlikdə xüsusi operativ qərargah yaradılıb, biçinin növbəli şəkildə həyata keçirilməsi təmin olunub. Əsas hədəfimizə - biçin prosesini məhsul itkisi olmadan, mütəşəkkil şəkildə həyata keçirmək hədəfimizə nail ola bilmişik”.

Xatırladaq ki, bu il Lerik rayonunda 3069 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin əksəriyyəti dəmyə ərazilərdə yerləşir. Artıq taxıl sahələrində biçin başa çatmaq üzrədir. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 22 sentnerə yaxındır ki, bu da dəmyə əkinlər üçün normal göstərici hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin