BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
15139

Azərbaycanda mal-qara təsərrüfatlarında 10 – 15 ildən bir yayılan, müalicəsi mümkün olmayan ölümcül xəstəlik yayılıb.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu xəstəliyi Ağcabədinin Kəhrizli kəndində Bakir Qəhrəmanova məxsus fərdi təsərrüfatda sahə baytar həkimi tərəfindən aşkar edilib.

Sahə baytar həkimi İlham Zeynlaov bildirib ki, bu xəstəlik ölümcül və nadir xəstəlikdir: 

"Bu, hər il yayılan xəstəlik deyil. Xəstəlik 10-15 ildən bir tək–tək təsərrüfatlarda yayılır. Əsasən mal bazarında və malqara içərisinə yeni heyvanlar gətirildikdə, həmçinin heyvanlarda olan gənələrdən yarana bilir".

Sahibkar Bakir Qəhrəmanov bildirib ki, xəstəlik aşkar olunandan bu günə qədər xeyli təsərrüefatında olan iribuynuzlu və xırdabuynuzlu mal-qaranın bir neçəsi tələf olub: 

"Sahə baytarları evə qədər gəlib mal-qaraya baxırlar, müalicə edirlər, vaksin və peyvənd vururlar. Həkimlər əziyyət çəkirlər ancaq gördükləri işlərin bir xeyri yoxdur. Heyvanların tələf olmasının qarşısının alınması üçün, həkimlərin gördüyü tədbirlər isə nəticəsiz qalıb. Xəstəliyə yoluxduqdan sonra bir neçə gün ərzində səkkiz baş iribuynuzlu, iki baş isə xırdabuynuzlu mal-qara tələf olub. Gəlirlər, əziyyət çəkirlər, müalicə eliyirlər amma, yəqin ki, onun dərdini dəqiq tapsaydılar heyvanımın biri ölərdi, ikisi ölərdi 8 baş heyvanım ölməzdi".

Sahibkar Allahverdi Qəhhrəmanov isə deyir ki, heyvanlar tələf olmamışdan əvvəl gözləri və ayaqları tutulur: 

"Elə bir xəstəliydir ki, yoluxdusa mütləq heyvan ölür. Heç bir müalicə bu xəstəliyə yoluxan heyvanı tələf olmaqdan xilas edə bilmir".

Nadir hallarda rast gəlinən bu xəstəlik mütəxəssilərin bildirdiyinə görə, yoluxucu deyil: 

“Təmas zamanı nə heyvana nədə insana keçici xüsusiyyəti yoxdur. Xəstəliyin yayılma qorxusu olmasada, aşkarlandığı təsərrüfatda olan heyvanların məhv olma təhlükəsi daha böyükdür. Bu xəstəliyin qarşısının alınması üçün, peyvənd olmasada, təsərrüfat sahibləri bunun qarşısını öncədən qisməndə olsa ala bilərlər”.

Sahə baytar həkimi İ.Zeynalovun sözlərinə görə, bu xəstəliyin heç bir qabalayıcı tədbiri, müalicəsi və peyvəndi yoxdur: 

"Bu təsərrüfatda baş verən zəstəlik “Yaman xataral isitmədir”. Heyvanların bu xəstəliyə yoluxmaması üçün ilk növbədə mal-qaranın təmizliyinə, qidalanmasına diqqət yetirib, yaxşı örüşdə otarmaq, mütəmadi çimizdirmək və gənələrdən təmizləmək lazımdır. Yay girəndən bəzi tədbirləri görülməlidir. Parazitlərə qarşı çimizdirmək, ola bilər ki, qızdırmaya qarşı profilaktiki iynələrdən müvəqqəti 10 günlük, 15 günlük gözləmək üçün vurulmalıdır. Amma, bu xəstəliyə onun aidiyyatı yoxdur. Bu “Yaman xataral isitmədir. Bu xəstəliyə yoluxan mal-qaraların 95 %-i tələf olur, 5 %-inin isə gözləri və ya ayaqları tutulur. Bunun tam müalicəsi yoxdur".

Rayon baytarlıq idarəsindən bildirildi ki, vətəndaşın təsərrüfatında baş verən tələfat barədə aidiyyatı qurumlar məlumatlandırılıb:

“Tələf olan heyvanlardan nümunələr götürülərək laboratoriyaya göndərilib. əldə olunan nəticələr isə xəstəliyin müalicəsinin mümkün olmadığını deməyə əsas verir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

12 yaşlı uşaq bir gündə 6 800 manat pul qazanıb

Xəstəxanalarda qiymətlər bahalaşdı

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

"Unibank" rəhbərliyində yeni təyinat olub

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

AZAL 3 şəhərə uçuşları ləğv etdi

AZAL 3 şəhərə uçuşları ləğv etdi

Rəqəmsal etika nədir və niyə olmalıdır?

Avropada qaz qiymətlərini rekord həddə yüksəldi - Nə baş verir?

Kondisioner qoşmayan taksilərin lisenziyası ləğv edilə bilər

Koreyalı turistlərin Azərbaycanda ən çox gəzdiyi bölgələr - SİYAHI

Milyarderdən uğurlu olmaq üçün məsləhət - Alimlər də bunu təsdiqləyir

"Tesla" keçmiş işçisini gizli məlumatları oğurlamaqda ittiham edir

İlham Əliyevdən generallarla bağlı sərəncam

10,5 milyon manatlıq dünyanın ən bahalı vizası - Nə vəd edir?

Gecə növbəsində işləməyin 5 mənfi tərəfi

Sığorta şirkətləri üçün yeni “məcburi qayda” gəlir – İyulun 1-dən qüvvəyə minir

Sığorta şirkətləri üçün yeni “məcburi qayda” gəlir – İyulun 1-dən qüvvəyə minir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin