Energetika
01.07.2021 / 19:30
SOCAR-ın müxtəlif ölkələr üzrə ötənilki gəlirləri açıqlanıb
14989
2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədəki aktivlərindən 6,311 milyard manat gəlir əldə edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin ötən il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, hesabat dövründə SOCAR-ın İsveçrədə 30,478 milyard manat, Türkiyədə 7,618 milyard manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 2,223 milyard manat, Gürcüstanda 1,045 milyard manat, digər ölkələrdə isə 1,932 milyard manat gəliri olub.
İl ərzində şirkətin Azərbaycandakl gəlirləri 2,7%, BƏƏ-dəki gəlirləri 29,1%, digər ölkələrdəki gəlirləri 20,7% artıb, əvəzində İsveçrədəki gəlirləri 2,1 dəfə, Türkiyədəki gəlirləri 18,7%, Gürcüstandakı gəlirləri 10,8% azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay