Rusiyadan Bakıya yeni qatarlar yola salınıb - FOTO
Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin “Bakı Metropoliteni” üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya yola salınıb.
“Bakı metropoliteni”ndən Valyuta.az-a verilən məlumata görə, vaqonların texniki cəhətdən yoxlanılması, qəbulu və yola salınması məqsədilə “Bakı Metropoliteni” QSC-nin Hərəkət qatarlarının istismarı və Depolar üzrə iş departamentlərinin rəisləri Akif Əhmədov və Faiq Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti “Metrovaqonmaş” müəssisəsində olub.
Müvafiq texniki prosedur qaydalarna uyğun olaraq, qatarlar təftiş olunub. Bakı metropoliteninin qoyduğu tələblərə uyğun istehsal edilmiş vaqonlar daha sonra Bakıya yola salınıb.
Paytaxta gətiriləcək 4 qatar tərkibi “Nərimanov” elektrik deposunda müvafiq sazlama, sınaq və tənzimləmə işlərindən sonra xəttə buraxılacaq. Bununla, Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay