Trans-sərhəd çayları çirkləndirilir: Buna görə də Ermənistana təzyiq göstərməlidir - Nazir
“Əfsuslar olsun ki, Azərbaycanın trans-sərhəd çayları Ermənistan tərəfindən çirklənməyə məruz qalıb”.
Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Karabakh.Center” internet resursunun təqdimat mərasimi zamanı deyib.
Nazir bildirib ki, Ermənistanın bu cinayətinin dayandırılması üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərilməlidir.
M.Babayev vurğulayıb ki, işaldan azad edilmiş ərazilərimizdə zəngin su ehtiyatları var:
“Azərbaycanın mineral su ehtiyatlarının 40 faizə qədəri işğaldan azad edilən əraziərdə yerləşir. Bu ərazilərdə su mənbələrinin səmərəli istifadəsi üçün müşahidələr bərpa ediləcək”.
M.Babayev əlavə edib ki, ermənilər işğal dövründə meşə fonduna ciddi ziyan vurub:
“Həmin ərazilərdə minlərlə hektar sahədə meşə ərazisinin bəpa edilməsi, milyonlarla ağacın əkilməsi nəzərdə tutulur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay