BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
14734

“Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına göndərilən ilk konteyner blok qatarı Azərbaycan ərazisi vasitəsi ilə şərqə istiqamət götürüb. Bu artıq Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsinin istifadə olunması anlamına gəlir”.

Valyuta.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov səsləndirib

Sözügedən dəhliz vasitəsi ilə ilk yüklərin ölkəmizin ərazisindən keçməklə Hindistana daşındığını deyən deputatın sözlərinə görə, bu isə o deməkdir ki, daha çox test qatar hərəkəti kimi xarakterizə olunan bu yükdaşımadan sonra Şimal-Cənub nəqliyyat dəhlizi daha aktiv şəkildə mütəmadi olaraq istifadə olunacaq.

Millət vəkili, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə Azərbaycan ərazisindən yüklərin daşınmasının Vətən müharibəsindəki zəfərimizdən sonra regionda formalaşan yeni düzən kontekstindən daha strateji əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. 

Belə ki, savaşdan sonra regionda kommunikasiyaların bərpasının intensiv müzakirə olunduğunu söyləyən ekspert bildrib ki, digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı danışıqlar sürətlənməklə, bu məsələ aktuallığını daha da artır: 

“Belə ki, Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizində yükdaşımaların da həcminə təsir göstərəcək. Bu, bir tərəfdən Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artırmaqla yanaşı, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirəcək”.

V.Bayramov qeyd edib ki, Şüveyş kanalında son baş verən qəzadan sonra isə Şimal-Cənub dəhlizinin əhəmiyyəti daha da yüksəlmişdi: 

“Belə ki, nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib. Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək. Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verib”. 

Deputat düşünür ki, layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir: 

“Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Güman edilir ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin artmasına və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pensiya alan partiya sədrləri - İsa Qəmbər, Sərdar Cəlaloğlu, Əli İnsanov...

Türkiyədəki “Azərbaycan” məhəlləsində ilk hazır mənzillər nümayiş etdirildi (FOTO)

“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

Bu kənddə tikinti-quraşdırma işlərinə 26,4 milyon manat xərclənəcək

Bakıda yağış, rayonlarda qar yağacaq

Donald Trampın oğlu sərmayə qoyduğu altkoinləri açıqladı

Neft Fondu əməkdaşlarının idmanı üçün yarım milyondan çox xərcləyəcək

"VTB Bank Azərbaycan"ın xərcləri artır, qazana bilmir, mənfəətində milyonluq azalma

"VTB Bank Azərbaycan"ın xərcləri artır, qazana bilmir, mənfəətində milyonluq azalma

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Prezidentdən dini qurumlarla bağlı SƏRƏNCAM

Türkiyəli mütəxəssisə Azərbaycanda yüksək vəzifə verildi

Ötən il orta illik inflyasiya 2%-dən çox olub

Türkiyənin büdcə kəsirində yeni rekord qeydə alındı - Rəqəmlər

“Aqrarkredit” BOKT-un əmlakları təkrar satışa çıxarılır - Qiymətlər endirildi

35 min səhmdarın diqqətinə: ABB-nin mənfəəti 30 mln. manata yaxın azaldı

35 min səhmdarın diqqətinə: ABB-nin mənfəəti 30 mln. manata yaxın azaldı

AZAL-ın "qara qutuları" Braziliyadan Astanaya gətirilib

COP29 könüllülərinə xüsusi pul mükafatı ayrıldı - Məbləğ

Bu universitetin həyətində baytarlıq klinikası tikiləcək - 2 milyon manata

"Intel" müstəqil vençur şirkəti yaradır

"Intel" müstəqil vençur şirkəti yaradır

"Embawood" atmosferi çirkləndirdiyinə görə cərimələnib

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib

“Lukoil”in rəhbəri dəyişdi

Trampın andiçmə mərasimində 3 milyarder iştirak edəcək

“Yapı Kredi Bank Azərbaycan” mənfəətini cüzi artırıb

“Yapı Kredi Bank Azərbaycan” mənfəətini cüzi artırıb

Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verib

SOCAR-ın "Yaşıl istiqrazları" dövriyyəyə buraxılır - Dəyəri 1000 dollardır

AYNA-da hesabatlılıq problemi - Tələbləri pozur

"Bank BTB" növbəti dəfə uçotdakı dəyişikliklərə görə zərər açıqlayıb

"Bank BTB" növbəti dəfə uçotdakı dəyişikliklərə görə zərər açıqlayıb

Bu şəxslərin maaşları artdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin