Azərbaycanda karxanaların fəaliyyəti ilə bağlı işçi qrupu yaradılacaq
Azərbaycanda karxanaların fəaliyyətinin bərpasına və bu sahədə fəaliyyət göstərən sahibkarların üzləşdiyi çətinliklərin həllinə dair işçi qrupu yaradılacaq.
Valyuta.az xəbər verir ki, bunu "APA-Economics"ə Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının sədri Niyaməddin İsgəndərov deyib.
Onun sözlərinə görə, növbəti həftə işçi qrupunun yaradılmasına dair məsələlər detallı olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyində müvafiq dövlət qurumlarının iştirakı ilə müzakirə olunacaq:
"Bu gün təşkil olunan qum və çınqıl istehsalçıları biznes forumunda qeyd olunan məsələ tam olaraq həllini tapmadı və müəyyən suallar hələ də açıq olaraq qalmaqdadır. Ümumilikdə, görüş uğurlu keçdi və müvafiq dövlət qurumları sahibkarların qarşılaşdığı çətinliklər barədə ətraflı məlumatlandırıldı".
Xatırladaq ki, Azərbaycanda əksər karxanaların fəaliyyəti düzgün istismar olunmadığına görə dayandırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay