BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
14549

"Restoranlar və şadlıq sarayları bəzən məcburiyyətdən qiymət artımına qərar verir”.

Valyuta.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

O qeyd edib ki, toylara icazə verilməsi sözügedən obyektlərin çoxdankı arzusudur. Lakin müəyyən məhdudiyyətlərin tətbiqi onların xərclərini artırıb:

"Sanitar-epidemioloji qaydalara uyğun olaraq sanitar xərclər çoxalıb. Həmçinin qonaq sayının az olması bir yer üçün maya dəyərini artırıb. Çünki həmin restoran və ya şadlıq sarayı eyni miqdarda elektrik sərf edir, eyni icarə haqqını ödəyir. İşçilərin maaşı da buraya əlavə olunduqda bir nəfərin yer pulu təbii olaraq bahalaşır. Bu, obyektiv səbəbdir. Subyektiv səbəb isə odur ki, restoran sahibləri bir ildən çoxdur toyların keçirilmədiyini, istər-istəməz toy etmək istəyən vətəndaşların sayının xeyli artacağını bilir. Bu sayın artması isə tələbatı artırır, tələbat artarkən qiyməti bahalaşdırmaq üçün restoranların əlinə bir fürsət keçir. Lakin düzü, bu sahədə süni qiymət artımının olacağını düşünmürəm. Çünki yüzlərlə restoran, kafe var ki, bu şənlikləri keçirə bilər. Onların sövdələşməyə getməsi inandırıcı gəlmir. Ona görə də yəqin ki, obyektiv səbəblərdən qiymət artımının olacağını söyləmək daha doğru olar”.

İqtisadçı diqqətə çatdırıb ki, burada ən önəmli məsələ alıcılıq qabiliyyətidir:

"Yəni vətəndaşaların qazancı indiki qiymət artımına uyğun olmalıdır. Uyğunsuzluq isə açıq-aşkar görünür. Ona görə də elə bir vəziyyət yaranmamalıdır ki, insan bir ildən çoxdur dəvətnamə almadığına sevinməyə başlasın. Əgər hər vətəndaş dəvətnamə almadan əvvəl bunun pulunu haradan tapacağını fikirləşsə, psixoloji bir problem də yarana bilər”.

Həmsöhbətimiz hesab edir ki, toyların formatının dəyişdirilməsinə ciddi ehtiyac var:

"Azərbaycanda artıq bəhsəbəhslə toyların keçirilməsinə, masalarda çox böyük israfa ehtiyac yoxdur. Əgər restoranlar qiymət artırmaqda israrlıdırsa, vətəndaşlar da menyuda dəyişiklik eləsin, yəni daha az çeşidlə bir çox ölkədə olduğu kimi sadə toy məclisi keçirilsin. Kəskin qiymət artımı alıcılıq qabiliyyətinin az olması ilə əlaqədar vətəndaşaların ciddi narazılığına gətirib çıxaracaq. Pandemiyanın dünyaya və ölkəmizə çox az yaxşı təsiri olub və bu, bir fürsətdir ki, toylara olan münasibət, onların keçirilmə qaydaları dəyişsin. Nəticədə, Azərbaycanda sadə şənliklərin baş verməsinin şahidi olaq. Fikrimcə, bu, doğru yanaşma olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftimizin qiyməti yenidən 85 dollara yaxınlaşır

Keçmiş prezidentlər Trampın andiçmə mərasimində iştirak etməyəcəklər

EBRD-nin Azərbaycan üzrə investisiya portfelinin həcmi 1 mlrd. manatı ötüb

Azərbaycanda ötən il 28 milyard kVt·st-dan çox elektrik enerjisi istehsal edilib

Türk Hava Yolları Suriyaya uçuşlara başlayacaq

Xaricdə təhsil alan bu şəxslərin diplomu tanınmayıb

Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi

İranda ilk yerli kəşfiyyat gəmisi istismara verildi

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Qatlanan, cibə yerləşən dron təqdim olunub - SƏHƏR OXUSU

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin