
24.06.2021 / 13:07
Bu il ərzində Naxçıvanda 47 ədəd avtomobil istehsal olunub
14510
2021-ci ilin ötən dövrü ərzində yeni modelləri sırasına daha bir avtomobil əlavə edən Naxçıvan Avtomobil Zavodunda “Changan minik-yük”, “Changan minivan” markalı avtomobillərin istehsalına başlanılıb.
Naxçıvan MR-nın İqtisadiyyat Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, bağlanmış müqavilələrə uyğun olaraq, növbəti aylarda 200 ədəd “Lifan 650”, 60 ədəd “Lifan X70”, 76 ədəd “FAW” markalı minik və yük avtomobillərinin istehsalına başlanılması nəzərdə tutulur.
Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə 2020-ci il ərzində 117 ədəd avtomobil, 2021-ci ilin ötən dövrü ərzində isə 47 ədəd avtomobil istehsal olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay