BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
14465

Özəl ali təhsil müəssisələri, əsasən, humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirir.

Bu barədə Valyuta.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur.

Onlar ərizələrinin ilk mövqelərində, əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar. 2020-ci ildə sənəd verən abituriyentlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 6.21%, subbakalavrlar arasında isə cəmi 8.26% olub.

2000-ci illərin birinci yarısında bu göstərici 0.67% olmuşdu. On beş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyil.

2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə, əsasən, bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq, ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək imkanına malikdirlər. Bunun üçün isə onlar həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsilhaqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyil. Ümumiyyətlə, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir.

Özəl ali təhsil müəssisələri arasında yüksək hazırılıqlı abituriyentlər Xəzər Universitetinə üstünlük verirlər. Keçən il bu universitetin ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri I qrup üzrə 459.558, II qrup üzrə 335.947, III qrup üzrə 384.276 və IV qrup üzrə 386.525 bal olub.

Xəzər Universiteti istisna olmaqla, digər özəl ali təhsil müəssisələrinə və regionlarda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin orta bal göstəriciləri aşağı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Reklamlı abunəliklər yüksəlişdə: Pulsuz "Netflix" mümkün ola bilərmi?

Dövlət Agentliyində yeni təyinat(FOTO)

Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

Sabah Bakıda hava yağmursuz olacaq

Şahin Bağırov müavininin rütbəsini qaldırdı (FOTO)

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Son 5 ildə nəqliyyat idxalına nə qədər xərc çəkilib? – CƏDVƏL

İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

Bakıda qəbir yerlərinin qiyməti niyə artır?

“Sosna” yenidən cərimələndi

Misir Mərdanovdan nazirə çağırış -Uşaqları “şikəst” edirsiniz...”

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

Ağ Evin Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Azərbaycan nefti bahalaşıb

"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir

Çində insanabənzər robotlar döyüşdürüldü

Yeni hesabat fəlakəti üzə çıxardı: AI mühəndisləri şantaj etməyə çalışır

"Bitcoin" 108 min dollara düşdü

İş yerində diqqət dağınıqlığı - 7 üsulla xilas ola bilərik - SƏHƏR OXUSU

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin