Şimal-Cənub dəhlizi Azərbaycan üçün nə qədər əhəmiyyətlidir? - DEPUTAT
“Şimal-Cənub dəhlizi istifadəyə verilir. Belə ki, Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola salınılıb. Dəhliz ilə ilk konteyner qatarı Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq”.
Valyuta.az xəbər verir ki, bu sözləri Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov söyləyib.
Deputat qeyd edib ki, Süveyş kanalında son baş verən qəzadan sonra Şimal-Cənub dəhlizinin əhəmiyyəti daha da yüksəlib:
“Belə ki, nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib.
Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək. Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verib”.
Ekspert düşünür ki, layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir:
“Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Güman edilir ki, "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin artmasına və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək.
Eyni zamanda, layihə Azərbaycanın strateji mövqeyinin güclənməsi baxımından da əhəmiyyətlidir. Xüsusən də, Zəngəzur dəhlizinin istifadə veriləcəyi kontekstindən bölgəni əhatə edən beynəlxalq nəqliyyat layihələrinin əhəmiyyəti yüksəlməkdədir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay