BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
14323

Yeni hazırlanan “Media haqqında” qanun layihəsində onlayn resurslar, xüsusən, audiovizual yayımla bağlı fəaliyyət və lisenziyalaşdırılmaya dair müddəalar müəyyən müzakirələrə yol açıb.

Bəzi ekspertlər hesab edir ki, yeni qanunun qəbul olunması ilə televiziya və radio yayımı sahəsində lisenziyalar artacaq, internet televiziyalar lisenziya almadan fəaliyyət göstərə bilməyəcək, lisenziya almaq üçün nəzərdə tutulan tələblər isə daha çox nəzarət mexanizmi funksiyası daşıyacaq.

Valyuta.az APA-ya istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasından məsələ ilə bağlı sorğuya cavab verilib.

Bildirilib ki, MTRŞ-nın yeni “Media haqqında” qanun layihəsi ilə bağlı onlayn resurslara verdiyi açıqlama, xüsusən, audiovizual yayımla bağlı fəaliyyətin və lisenziyalaşdırılması ilə bağlı izahatı maraq doğurub və bəzi suallar yaradıb.

“Bildiririk ki, “Media haqqında” qanun layihəsində televiziya və radio yayımı sahəsində lisenziyaların artması yox, əksinə azalması gözlənilir. Belə ki, hazırda mövcud olan qanunvericiliyə görə Şura 11 növ lisenziya verir, amma yeni qanun layihəsində görə bu say 10-a düşəcək və bu lisenziyalar arasında internet televiziya və ya internet radio yayımı üçün lisenziya mövcud deyil”, - deyə MTRŞ-dan qeyd ediblər.

Bildirilib ki, platforma yayımçısı lisenziyası var ki, bu da həmin yayımçıların müxtəlif yayım platformalarına daxil olmasını istəməsi ilə əlaqədardır:

“Hazırda bir sıra internet televiziya və radio kanalları mövcuddur ki, onlar kabel, İPTV və OTT operatorların paketlərində təmsil olunmaq və lisenziya almaq üçün Şuraya müraciət etmişlər. Lakin qanunvericilik imkan vermədiyindən biz bu məsələyə baxa bilmirik. Yeni qanun layihəsi qəbul olunarsa həmin kanallara platforma yayımçısı kimi lisenziya verərək onlara kabel, İPTV, OTT və digər tezlik və peyk tutum resursu tələb etməyən yayım ortamından yayım aparmaq imkanlarını tanımış oluruq.

Təbii olaraq internet üzərindən yayım aparan yayımçıların bu platformalara düşməsi üçün minimal tələblər müəyyən olunur ki, bu da onların öz veb-saytından yayım aparması və bu yayımın gün ərzində minimum 8 saat olmasıdır. Əks halda platforma operatorlarının onları öz yayım paketlərinə salmasının heç bir əhəmiyyəti olmayacaq".

Qeyd olunub ki, platforma yayımçısı kimi lisenziya almaq istəməyən, yaxud platforma yayımçısı kimi müəyyən olunan tələblərə cavab verməyən internet televiziya və ya radio kanalları yenə də sərbəst fəaliyyət göstərə biləcəklər: 

"Bu, sadəcə, onların media subyekti kimi tanınmamasına və media reyestrinə daxil olmamasına səbəb olacaq. Həmçinin qeyd olunmalıdır ki, qanun layihəsində yayımçı fəaliyyəti ilə operator fəaliyyəti köklü olaraq fərqləndirilir. Bundan başqa, tezlik və peyk tutumu resurslarından istifadə olunmaqla audiovizual media fəaliyyəti müsabiqə əsasında digər audiovizual fəaliyyətin isə müsabiqə olmadan sadələşdirilmiş prosedur əsasında lisenziyalaşdırılması təklif olunub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Toya dəvət edilmək xərcdir, yoxsa yatırım?

Neftimizin qiyməti yenidən 85 dollara yaxınlaşır

Keçmiş prezidentlər Trampın andiçmə mərasimində iştirak etməyəcəklər

EBRD-nin Azərbaycan üzrə investisiya portfelinin həcmi 1 mlrd. manatı ötüb

Azərbaycanda ötən il 28 milyard kVt·st-dan çox elektrik enerjisi istehsal edilib

Türk Hava Yolları Suriyaya uçuşlara başlayacaq

Xaricdə təhsil alan bu şəxslərin diplomu tanınmayıb

Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi

İranda ilk yerli kəşfiyyat gəmisi istismara verildi

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Qatlanan, cibə yerləşən dron təqdim olunub - SƏHƏR OXUSU

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin