BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
14312

“Azərbaycanın aran rayonlarında arpa biçini yekunlaşmaq üzrədir. Hazırda relyefi çətin, dağətəyi ərazilərdə arpa biçini, eyni zamanda Aran rayonlarında buğda biçini davam edir. Bu il dağlıq və dağətəyi ərazilərdə taxıl biçini prosesinə 20 ədəd dağ kombaynı cəlb edilib. Yardımlı, Lerik rayonlarında çətin relyefli sahələrin biçini bu kombaynlar vasitəsilə aparılır”.

Kənd Təsərrüfatı Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, “Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov bununla bağlı açıqlama verib. 

Cəmiyyət sədri bildirib ki, yeni nəsil “New Holland TC 5.90 HİLLSIDE” dağ kombaynlarının əsas xüsusiyyətlərindən biri məhsulu itkisiz yığmasıdır: 

“Eyni zamanda, dağ kombaynları 20 dərəcə nəmlikdə biçin apara bilir ki, bu da məhsulun daha tez yığılmasını təmin edir. Tam kompüterləşdirilmiş dağ kombaynları əkin təyinatlı olan, lakin əkilməyən torpaqların əkinə cəlb olunmasına şərait yaradacaq. Bununla da ən yüksək texnologiyalara əsaslanan müasir kombaynlar dağlıq və dağətəyi zonalarda taxılçılıq təsərrüfatlarının daha da inkişaf etdirməyə imkan verəcək”.

Onun sözlərinə görə, bu kombaynlar yamaclarda 38 dərəcə bucaq altında, hündürlükdə isə 32 dərəcə bucaq altında biçin apara bilir: 

“Kombaynın gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin qısa zamanda, operativ biçilməsinə gətirib çıxarır. Dağ kombaynlarının 6 tonluq bunkeri, 5 klavişli küləş doğrayıcısının olması məhsulun tam şəkildə, itkisiz yığılmasına şərait yaradır. Bu il ölkədə 987 519 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 612 003,5 hektarını buğda, 375 515,3 hektarını isə arpa sahələri təşkil edir. Ölkə üzrə biçinə ümumilikdə 1 900-dən çox taxılbiçən kombayn cəlb olunub. 700-dək kombayn “Aqroservis” ASC-nin, 1 280-dən çoxu isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalardır”.

Qeyd edək ki, taxıl biçini prosesi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

12 yaşlı uşaq bir gündə 6 800 manat pul qazanıb

Xəstəxanalarda qiymətlər bahalaşdı

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

"Unibank" rəhbərliyində yeni təyinat olub

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

AZAL 3 şəhərə uçuşları ləğv etdi

AZAL 3 şəhərə uçuşları ləğv etdi

Rəqəmsal etika nədir və niyə olmalıdır?

Avropada qaz qiymətlərini rekord həddə yüksəldi - Nə baş verir?

Kondisioner qoşmayan taksilərin lisenziyası ləğv edilə bilər

Koreyalı turistlərin Azərbaycanda ən çox gəzdiyi bölgələr - SİYAHI

Milyarderdən uğurlu olmaq üçün məsləhət - Alimlər də bunu təsdiqləyir

"Tesla" keçmiş işçisini gizli məlumatları oğurlamaqda ittiham edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin