
Gələn il Azərbaycan iqtisadiyyatı əvvəlki səviyyəsinə qayıda bilər - PROQNOZ
“Azərbaycan iqtisadiyyatı pandemiyadan öncəki səviyyəyə 2022-ci ildə qayıda bilər”.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Dünya Bankının proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2,8%, 2022-ci ildə isə 3,9% böyüyəcək.
"Proqnozlarımıza rəğmən Azərbaycan iqtisadiyyatı bir qədər artıq inkişaf edə bilər. Hər şey yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiya prosesinin sürətindən və sərmayələrin, o cümlədən azad edilmiş ərazilərə yönəldiləcək investisiyaların həcmindən asılı olacaq. Bunu nəzərə alaraq, Azərbaycan iqtisadiyyatı daha tez bərpa ola bilər və iqtisadiyyatın artıq 2022-ci ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəyə çata biləcəyi ehtimal edilir", - deyə S. Maykl bildirib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycan ÜDM-i 4,3% azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay