Sosial
18.06.2021 / 14:47
Son beş ayda 15 minə yaxın şəxsə əlillik təyin edilib
14202
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-may ayları ərzində 15 minə yaxın şəxsə əlillik təyin edib.
Valyuta.az xəbər verir ki, onlardan 4700 nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanları məhdudluq təyin olunanlardır.
Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay