Xəbər
18.06.2021 / 10:55
Bakıda müəllimlərin işə qəbulunda rəqabət çox yüksəkdir – NAZİR
14163
“Bu gün 60 mindən çox namizəd müəllim olmaq üçün qeydiyyatda keçib”.
Valyuta.az xəbər verir ki, bu sözü təhsil naziri Emin Əmrullayev səsləndirib.
Onun sözlərinə görə, bundan təxminən 8000-ə yaxın vakant yer üçün müəllim seçmək rəqabətlilik deməkdir:
“Rəqabət olan yerdə də inkişaf olur”.
Nazir bildirib ki, Bakı şəhəri üzrə rəqabət olduqca yüksəkdir və bu, təbiidir:
“Seçim kriteriyaları daha çox məktəb və gələcək reallıqların istiqamətinə yönəldilməlidir. Bu il pandemiya ilə əlaqəli çox dəyişikliklər edilmədi və yeniliklərə meyil olunmadı. Çalışırıq ki, seçim zamanı rəqabəti təmin edək. Zaman keçdikcə sualların məzmunu və əhatəliyi artır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay