BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
14124

Sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Xəzər rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

"Azərsu" ASC-dən Valyuta.az-a bildirilib ki, araşdırmalar zamanı sudan qanunsuz istifadənin əsasən bağ evləri və həyatyanı sahələrdə rast gəlindiyi məlum olub. 

Nəzarət tədbirləri zamanı bəzi həyətlərdə su sayğaclarını yararsız hala salındığı, bəzi həyətlərdə isə quraşdırılmış sayğacların yerində olmadığı aşkarlanıb.

2012-2014-cü illərdə Xəzər rayonunun Türkan qəsəbəsinin bir hissəsində dövlət investisya layihəsi çərçivəsində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılıb, layihənin əhatə etdiyi ərazidə yaşayış evlərinə, obyektlərə birləşmə verilib və sayğaclar quraşdırılıb. 

Bunlara baxmayaraq bəzi vətəndaşlar və sahibkarlar paylayıcı şəbəkəyə özbaşına qoşulmalarla və ya sayğacdankənar çəkilmiş xətlərlə sudan qeyri-qanuni istifadə ediblər. Qəsəbədəki istixananın su təchizatı sisteminə baxış keçirərkən məlum olub ki, sahibkar paylayıcı şəbəkəyə 32 mm diametrli boru ilə əlavə qoşulma edib.

Xəzər rayonunun Buzovna qəsəbəsində bəzi ünvanlarda oxşar vəziyyət müşahidə olunub. Qəsəbənin bir hissəsində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılıb, insanların içməli suya olan tələbatı ödənilib. Amma yenə də bəzi şəxslər yeni şəbəkəyə müdaxilə edərək qanunsuz su xətləri çəkiblər.

Aşkarlanan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq ödənişə yönəldilib.

Vətəndaşları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək, sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq və hər bir hal üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 7682, Xəzər rayonu üzrə isə 902 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 2 mln 55 min kubmetr, Xəzər rayonu üzrə isə 217 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şimali Koreyadan gizli çıxarılan telefon hər kəsi heyrətləndirdi - Avtomatik senzura sistemi...

Bu şirkətin qanuni təmsilçisi ölkədən çıxa bilmir

Arzuya gedən yol: "Real"da çalışmaq üçün mənzilini satan qazax qızın hekayəsi -MÜSAHİBƏ

Rahatlığınızı pozsa da, sizi uğurlu edəcək 10 vərdiş

10 manatlıq şirkətin vergi borcu var - Sahibkarın ölkədən çıxışına stop qoyula bilər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

Məhkəməyə məxsus avtomobil hərracda satıldı

“Healthy Body” şirkətinin rəhbərinə “stop” qoyuldu

Dropshipping nədir və Azərbaycanda bu işə başlamaq olar?

Dünyanın ən böyük dəmir filizi yatağı kəşf edildi - Harada yerləşir?

Alman termonüvə reaktoru dünya rekordu müəyyən etdi

184 min manat vergi borcu olan şirkət kimindir?

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

BŞİH-dən adı heç yerdə olmayan şirkətə 50 milyonluq sifariş

Bu restoranlar cərimələndi

Naxçıvanda nazir müavini işdən çıxarıldı

Metro 3 ayda nə qədər qazanıb?

Bayram günlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Neuralink" beyin çipi layihəsinə 650 milyon dollar investisiya aldı

Azərbaycanda hotellər 3 prinsip üzrə idarə olunur

Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Sumqayıtdakı bu zavodun 1,3 milyon manat vergi borcu üzə çıxdı

“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxundu

Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Azərbaycanda 2035-ci ildən hidrogen istehsalına başlanacaq

Azərbaycan Türkmənistana 100 ton elektrod göndərib

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin