BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
14099

Afrikanın ən böyük brilyant istehsal edən ölkəsi olan Botsvana yeni rekorda yaxındır. 

Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, brilyant hasilat şirkəti Debswana iki həftə öncə çıxardığı 1098 karat çəkisi olan qiymətli daşı ölkə prezidenti Mokgwetsi Masisi-yə təqdim edib.

Uzunluğu 73 mm, eni 52 mm, qalınlığı isə 27 mm olan nəhəng brilyant dünyanın indiyə qədər tapılmış üçüncü ən iri təbii brilyantı hesab oluna bilər. İndiyə qədər aşkar edilmiş ən iri təbii brilyant - 3106 karat olan Cullinan 1905-ci ildə Cənubi Afrikada, ikinci ən böyük brilyant - 1109 karatlıq Lesedi La Rona isə 2015-ci ildə elə Botsvananın özündə çıxarılıb.

“Bu, Debswana-nın 50 illik əməliyyat tarixində aşkar edilmiş ən böyük brilyantdır.” - şirkətin icraçı direktoru Linette Armstronq bildirib - “İlkin qiymətləndirməmiz hazırkı qiymətli daşın dünyanın üçüncü ən iri brilyantı olduğunu göstərir.”

Debswana hökumət və dünyanın brilyant nəhəngi De Beers arasında yaradılmış birgə müəssisədir və satışlardan əldə olunan gəlirin 80%-ə qədəri dividend, royalti və vergilər şəklində dövlət büdcəsinə gedir. Şirkət yeni tapılmış brilyanta hələ ad verilmədiyini və satışı barədə yekun qərar olmadığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlham Əliyev Cəbrayılda yeni kəndlərin təməlini qoydu (FOTO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin