Fed-dən təhlükəli proqnozlar - RİSKLİ AKTİVLƏR SATILIR
Dünən ABŞ Mərkəzi Bankı faiz qərarının açıqladı, qərardan sonra Fed sədri mətbuat konfransı keçirdi.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, Fed proqnozları vasitəsilə daha "şahin" siqnal verib. Proqnozların açıqlanmasından sonra ABŞ dolları bahalaşıb, ABŞ iqtiqrazlarının faizi yüksəlib, qızıl və səhmlər ucuzlaşıb.
Fed-in proqnozları vasitəsilə daha "şahin" mövqe ifadə etməsi yüksək riskli aktivlərdə satış dalğasına səbəb olub.
Marja Fed-in "şahin" proqnozlarını təqdim edir:
- ABŞ Mərkəzi Bankının (Fed) üzvləri əmək bazarında nikbinlik və artan inflyasiya narahatlıqlarının da təsirilə pul siyasətinin sərtləşdirilməsinə daha tez başlanılacağını nəzərdə tuturlar;
- Fed sədri Jerome Powell Çərşənbə günü təşkil etdiyi mətbuat konfransında üzvlərin pandemiya əsnasında iqtisadiyyat və maliyyə bazarlarını dəstəkləyən qiymətli kağızların alışlarının azaldılmasının müzakirəsinə başlayacaqlarını bildirib;
- Fed sürpriz bir şəkildə 2023-cü ilədək faizin 2 dəfə artırılacağını nəzərdə tutur. Fed-in 18 üzvündən 13-ü 2023-cü ilin sonuna qədər ən azı iki faiz artımı təxmin edir. 7 üzv 2022-də faiz artımı nəzərdə tutur. Mart ayında yalnız 4 üzv 2022-də faiz artımı nəzərdə tuturdu;
- İqtisadiyyatın açıq bir şəkildə irəliləmə qeyd etdiyini vurğulayan Powell, aktiv (qiymətli kağız) alışlarını azaltmağı nəzərdə tutaraq "İstəsəniz bu yığıncağı "danışma haqqında danışma" yığıncağı olaraq görə bilərsiniz" şərhini edib.
Qeyd edək ki, Fed iyun yığıncağında faiz hədəf aralığını 0-0,25%-də sabit saxlayıb, qiymətli kağız alışlarını da aylıq 120 milyard dollar səviyyəsində qoruyub.
Maliyyə bazarlarında "şahin" dedikdə sərt pul siyasətləri, "göyərçin" dedikdə isə yumuşaq pul siyasətləri başa düşülür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay