BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
14013

"Kondisioner bazarında vəziyyət ildən-ilə yaxşılaşır. Əvvəl daha çox şikayət gəlirdi”.

Valyuta.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyib. 

O bildirib ki, buna baxmayaraq, bazarda müəyyən problemlər də mövcuddur:

"Vətəndaş 30 kvadrat metrlik mənzilini soyutmaq istəyir. Kondisioner alan zaman bildirirlər ki, məhsul 40 kvadrat metri də əhatə edə bilər. İstehlakçı başa düşmür ki, kondisionerin sənədində kub metr göstərilir. Əslində 30 kvadrat metrlik mənzilə 40 kub metrlik kondisioner uyğun olmur. Satıcı qeyd edilən ölçünün kub metr olduğunu demir, yəni evin hündürlüyü nəzərə alınmayıb. İstehlakçılar sənədləri nəzərdən keçirən zaman evin həcmini düşünməlidirlər. Çox təəssüflər olsun ki, Azərbaycana gətirilən kondisionerlərin sənədlərində bu məsələ aydın qeyd olunmayıb və gizlədilir. Bu istiqamətdə də aldadılma halları müşahidə edilir”.

Müsahibimiz hazırda keyfiyyətsiz kondisionerlər satan, vətəndaşları aldadan şirkətlərin olduğunu qeyd edib:

"Adətən kreditlə alınan kondisionerlər müəyyən problemlərə səbəb olurdu. Yəni, kondisioner istehlakçının tələbatını ödəmir və onu qaytarmaq istəyir. Lakin kredit ödəmə vaxtı çatanda onu məhkəməyə verirlər və istehlakçı ümumiyyətlə öz hüquqlarını müdafiə edə bilmir. Düzdür, bu istiqamətdə hazırda şikayət yoxdur, amma hər il bu cür problemlər özünü göstərir. Ümumiyyətlə isə, təkcə kondisionerlər deyil, mürəkkəb texniki cihazlarla bağlı şikayətlər çox gəlir”.

E.Hüseynov bildirib ki, bir neçə qanunvericilik aktına görə, o cümlədən İstehlakçıların müdafiəsi və hüquqları haqqında qanuna uyğun olaraq, ölkənin əmtəə bazarına çıxarılan bütün malların sənədlərində xarici dillə yanaşı, Azərbaycan dilində də məlumatlar öz əksini tapmalıdır:

"Əgər kondisionerlərin sənədində öz dilimizdə məlumat yoxdursa, bu qanun pozuntusudur. Təəssüf ki, bu problem də müşahidə edilir. Kondisioner alan zaman istehlakçılar ilk növbədə onun istehsal olunma tarixinə baxsınlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Təyyarələrdə sərnişin məlumatları qaydaları təsdiqləndi

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

987 manatlıq qan alınıb - Bu ölkələrdən

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin