
16.06.2021 / 10:30
5 ay ərzində xarici ticarət dövriyyəsi 8 faizdən çox artıb
13985
Bu il yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 11 milyard 820,2 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Dövlət Gömrük Komitəsindən Valyuta.az-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.
Bu ilin ilk 5 ayında xarici ticarət 7,427 milyard ABŞ dolları ixracın, 4,393 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,5 % çox, idxal isə 5,5 % artıb.
Son nəticədə xarici ticarətdə 3,034 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 8,1 % çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay