BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
13959

"Azərbaycan Beynəlxalq Bankı" ASC "Avesta Konserni" MMC-yə qarşı məhkəmə iddiası qaldırılıb.

Valyuta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, məhkəmə iclasının dünən - 14.06.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirildiyi qeyd olunur.

Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələrə görə qaldırıldığı bildirilir.

Məlumat üçün bildirək ki, “Avesta Konserni” MMC -yə uzun illər Hacı İbrahim kimi tanınan iş adamı İbrahimov İbrahim Hüseyn oğlu rəhbərlik edib. Bu ilin aprel ayından etibarən şirkətə Nadirov Araz Ələsgər oğlu rəhbərlik edir.

Hazırda dövlət büdcəsinə 97 min 775 manat 69 qəpik vergi borcu olan “Avesta Konserni” MMC barəsində İqtisadiyyat Nazirliyi də məhkəmə iddiası qaldırıb.

Qeyd edək ki, Hacı İbrahim bir neçə il əvvəl “Xəzər Adaları” adlı layihəsilə gündəmə gəlib. 

Bildirilirdi ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikintisinə 2011-ci ildən başlanışa da, sonradan yarımçıq saxlanılıb. 

Hacı İbrahim Beynəlxalq Banka olan borcunu ödəyə bilmədiyi üçün “Xəzər Adaları”nı bu borcun qarşılığında təhvil verdiyini açıqlayıb. 

Mətbuata verdiyi açıqlamda iş adamı bildirib ki, əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi: 

“Banka olan borcumun faiz hissəsi məndən tutulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum”.

“Azərbaycan Beynəlxalq Bankı”nın “Avesta Konserni” MMC -yə qarşı yenidən məhkəmə iddiası qaldırmasının hansı kredit müqaviləsi ilə bağlı olduğu barədə açıqlma verilməyib.

Onu da bildirək ki, Hacı İbrahim Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun və ATV kanalının sabiq prezidenti Tağı İbrahimovun qardaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin