Zəngəzur yolu Ermənistan üçün müəyyən perspektivlər aça bilər – İcraçı direktor
“Ermənistanın dəmiryollarına nəzarət edən Rusiyanın Cənubi Qafqaz Dəmiryolu Şirkəti də “Zəngəzur dəhlizi”ndə kommersiya baxımından maraqlıdır”.
Valyuta.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, Ermənistandan İrana 3,5 milyard ABŞ dollarına başa gələcək bahalı dəmiryol xəttinin çəkilməsində marağı olmayan rəsmi Tehran üçün də “Zəngəzur dəhlizi” yeni nəqliyyat imkanları açdığına görə iqtisadi baxımdan faydalıdır”.
“Ermənistan özündən çox Azərbaycana yaxındır” - mülahizəsini irəli sürən Vüsal Qasımlının fikrincə, Ermənistanın 1570 kilometrlik dövlət sərhədinin 2/3-i Azərbaycanladır, hətta yerdə qalan 1/3 uzunluqda sərhədin də yarısından çoxu Azərbaycanın müttəfiqi Türkiyə ilədir:
“Ermənistanın qonşulara ərazi iddiası səbəbindən sərhədlərinin 83,2 faizi qapalıdır. Ermənistanın sanksiyalara məruz qalmış İranla 44 kilometrlik sərhədi məhdud ötürücülük imkanlarına malikdir, Gürcüstan üzərindən əsas ticarət tərəfdaşı Rusiyaya yeganə çıxış yolu sayılan “Yuxarı Lars” keçid məntəqəsinin mövsümi amillər də nəzərə alınmaqla potensialı aşağıdır. Zəngəzur yolunun açılması ilə Ermənistan dalana dirənən iqtisadiyyatı üçün müəyyən perspektivlər aça bilər. Ermənistanın “Zəngəzur dəhlizi” üzrə müqaviməti Azərbaycanın yaratdığı yeni geoiqtisadi reallıqda mənasızdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay