İşçiləri müqaviləsiz işlədən şirkət böyük məbləğdə cərimələndi
“Arzulu firması” ASC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin kobus şəkildə pozulduğu aşkar olunub.
Qazax rayon prokurorluğundan Valyuta.az-a verilən məlumata görə, şirkət qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Qazax rayon prokurorluğunda yoxlama aparılıb.
Yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.
Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “Arzulu firması” ASC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay