BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
13758

“Epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Azərbaycan 2020-ci ilin mart ayından Rusiya və Türkiyə vətəndaşlarının hava yolu ilə girişinə tətbiq edilən məhdudiyyətləri 10 iyun 2021-ci il tarixdən ləğv edib”.

Valyuta.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin açıqlamasında bildirilir.

Açıqlamada bildirilir ki, əvvəllər ölkə ərazisinə giriş yalnız Azərbaycan vətəndaşları, onların birbaşa qohumları Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər üçün mümkün idi: 

“Yeni qaydalara əsasən, yuxarıda qeyd olunan ölkələrin vətəndaşları hava yolu ilə Azərbaycana daxil ola bilərlər, bu zaman yaşı 18-dən yuxarı olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsini təsdiq edən arayışı, həmçinin tam peyvəndləmə və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi (sertifikat) təqdim etməlidirlər. Sertifikatda onun həqiqiliyini təsdiq edən elektron təsdiqləmə atributları (məsələn, QR-kod) olmalıdır. Testin nəticəsində belə atributların olması məcburi deyil, lakin rəsmi prosedurlardan keçidin sürətləndirilməsi üçün arzuediləndir”.

Qeyd olunur ki, sənədlər yola düşmə hava limanında qeydiyyat zamanı yoxlanılacaq: 

“1 yaşdan 18 yaşadək şəxslərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən arayışı təqdim etməsi kifayətdir. 1 yaşdan aşağı olan uşaqlar üçün isə belə sənədlər tələb olunmur”.

Vurğulanıb ki, Azərbaycan vətəndaşları, onların birbaşa qohumları (valideynlər, qardaş, bacı və ya övladlar), habelə Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməklə hava nəqliyyatı ilə ölkəyə daxil ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin