BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
13756

"Bu istiqamətdə indiyə kimi gerçək, real araşdırmalar aparılmayıb”.

Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bəzi iqtisadçı və deputatlar tərəfindən Azərbaycanda orta ömrün aşağı olması səbəbindən pensiya yaşının aşağı salınması vacibliyinə münasibət bildirərkən deyib.  

İqtisadçının fikrincə, öncə bu istiqamətdə gerçək araşdırmalar aparılmalı və yalnız bundan sonra konkret qərar verilməlidir:

"Bunun nəticəsində ortaya real, gerçək statistika qoymaq lazımdır. İqtisadiyyatla bağlı statistikanın verdiyi rəqəmlər əsasında araşdırmalar aparıram, bir rəqəmlər o biri rəqəmləri tamamilə təkzib edir. Əslində isə təkzib etməməli, bir sahə üzrə verilən məlumatlar digər məlumatları tamamlamalıdır. Cəmiyyətimiz üçün həssas olan bir məqamda məsələ bir daha dərindən araşdırılmalıdır. Gerçək statistika ortada olandan sonra pensiya yaşı həddini artırmaq, azaltmaq, yoxsa mövcud səviyyədə saxlamağın hansının doğru olub-olmadığı barədə konkret fikir söyləyə bilərik”. 

Bununla belə o da hesab edir ki, pensiyaya çıxmaq üçün 65 yaş həddinin müəyyən edilməsi çoxdur: 

"Kişilər üçün bu rəqəm 63 yaş, qadınlar üçünsə 60 yaş olmalıdır. Amma məsələnin qəti həlli orta yaş həddinin gerçək olaraq hansı səviyyədə olmasını müəyyənləşdirməkdən keçir”.

Qeyd edək ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı Azərbaycanda orta ömrün aşağı olması səbəbindən pensiya yaşının aşağı salınmasını təklif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin