BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1329
  • TRY
    0.0436
  • GBP
    2.2869
13620

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov ABŞ-da keçirilən 5-ci İllik Transxəzər Forumunda iştirak edib.

Bakı Limanından Valyuta.az-a bildirilib ki, Taleh Ziyadov Xəzər Siyasət Mərkəzi (“Caspian Policy Center”) tərəfindən təşkil edilən V Transxəzər Forumunun “Transxəzər Bağlantı və İnfrastruktur İnkişaf” adlı panel müzakirəsində çıxış edib. 

T.Ziyadov qeyd edib ki, Bakı Limanı ərazisində gübrə terminalının tikintisinə başlanılacaq və 2022-ci ilin sonunadək istismara verilməsi nəzərdə tutulur: 

“Bu investisya qərarının verilməsinə səbəb Orta Asiya ölkələrində mövcud olan böyük həcmdə gübrə potensialının mütəmadi olaraq məhz Azərbaycan üzərindən qərb ölkələrinə daşınması təmin etməkdən ibarətdir. Beləki, Orta Asiyada - Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi təbii ehtiyyatlarla zəngin ölkələrdə karbamid, kükürd və s gübrələrin illik istehsal gücü 6,6 milyon tondan çoxdur.

2018-2020-ci illər aralığında Orta Asiyadan, xüsusilə də Türkmənistandan Bakı Limanı vasitəsi ilə daşınan gübrə məhsulunun həcmi 48 339 tondan, 630 000 tona qədər artıb ki, bu da 13 dəfədən çox artım deməkdir. Bakı Limanın yeni gübrə terminalı ildə 2.5 milyon ton məhsulu aşırmaq gücünə sahib olacaq”.

Eyni zamanda limanın məqsədləri barədə danışan baş direktor: "Həm yaşıl, həm də rəqəmsal bir tədarük zənciri yaratmalıyıq - bu, növbəti on ildə qarşımızda duran əsas vəzifədir. Düşünürəm ki, bu, Amerika biznesinin də böyük rol oynaya biləcəyi sahələrdən biridir", - deyə bildirib. 

Şərq-qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşən Xəzər dənizinin böyük potensialının olduğunu vurğulayan T.Ziyadov qeyd edib ki, hazırda Bakı Limanının yükaşırma imkanı 100 000 TEU konteyner olmaqla, illik 15 milyon tondur ki, ehtiyac yarandığı təqdirdə limanın ikinci fazasının inşası ilə bu göstərici 500 000 TEU konteyner olmaqla illik 25 milyon tona çatdırılacaq.

Onun sözlərinə görə, 2020-ci ildə Bakı Limanında 4,8 milyon tondan çox yük aşırılıb ki, bu da 2019-cu illə müqayisədə 20% lik artım deməkdir: 

“Bu ilin birinci rübündə isə ümumi yükaşırma göstəricisi 1,4 milyon tondan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 % lik artım deməkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

"Pomada effekti" nədir və iqtisadiyyatda necə çalışır?

"Harri Potter"in gənc aktyorları nə qədər qazandı? - Hoqvartsın sərvətləri

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Reklamlı abunəliklər yüksəlişdə: Pulsuz "Netflix" mümkün ola bilərmi?

Dövlət Agentliyində yeni təyinat(FOTO)

Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

Sabah Bakıda hava yağmursuz olacaq

Şahin Bağırov müavininin rütbəsini qaldırdı (FOTO)

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Son 5 ildə nəqliyyat idxalına nə qədər xərc çəkilib? – CƏDVƏL

İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

Bakıda qəbir yerlərinin qiyməti niyə artır?

“Sosna” yenidən cərimələndi

Misir Mərdanovdan nazirə çağırış -Uşaqları “şikəst” edirsiniz...”

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

Ağ Evin Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Azərbaycan nefti bahalaşıb

"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin