BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9216
  • RUB
    2.0775
  • TRY
    0.0441
  • GBP
    2.2624
13598

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 10-11 iyun tarixlərində “Kənddən Şəhərə” yarmarkalaraı təşkil olunacaq.

Qurumdan Valyuta.az-a bildirilib ki, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda baş tutacaq.

Yarmarkaların təşkilində əsas məqsəd vətəndaşların kənd təsərrüfatı məhsullarına olan tələbatlarını yerli məhsullarla ödəmək, eyni zamanda fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətlər nəzərə alınaraq vətəndaşların rahatlığını təmin etmək üçün budəfəki “Kənddən Şəhərə” yarmarkaları həftənin cümə və cümə axşamı günlərində keçiriləcək. 

Yarmarkalarda satışa çıxarılacaq bütün məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən yerli fermerlər tərəfindən yetişdirilir. Məhsulların satışını da birbaşa həmin fermerlər həyata keçirirlər. “Kənddən Şəhərə” yarmarkalarında 40-a yaxın regiondan 100-dan artıq fermer tərəfindən 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışı baş tutacaq.  

Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar.

Yarmarkaya alış-verişə gələcək vətəndaşlar temperaturları ölçüldükdən sonra yarmarka ərazisinə buraxılacaqlar. Həmçinin, yarmarkanın keçiriləcəyi müddətdə təşkilatçı qurum tərəfindən yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzarət olunacaq.

“Kənddən şəhərə” yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakının ən yaxşı məktəbləri - Siyahı açıqlandı

Azərbaycanda məhkəmə sədri özü barəsində qərar QƏBUL etdi

Sabahdan Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlayır

Bu gündən "Skype" platformasının fəaliyyəti dayandırılıb

"Veysəloğlu" Şirkətlər Qrupuna yeni direktor təyin edildi

"Veysəloğlu" Şirkətlər Qrupuna yeni direktor təyin edildi

Suraxanı Bazarı səhmdarlarına dividend ödəyəcək

Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? - Siyahı

Belarusun Baş naziri Azərbaycana gəlir

"70 manat göndərin sizə 5 min kredit verək” – Dələduzların növbəti oyunu

Rubl manata qarşı ucuzlaşdı

"Bitcoin" və altcoin qiymətlərində enmə müşahidə olunur

Vərdişlər həyatımızı necə dəyişdirir? - SƏHƏR OXUSU

Bakıda binada yaşayış ola-ola növbəti söküntü - VİDEO

Kartla ödəniş edəndə niyə daha çox pul xərcləyirik? –“Cashless effect”in təsiri

Kartdan oğurlanan pulları geri qaytarmaq mümkündür - Hansı addımları atmaq lazımdır?

Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Az bal toplayan tələbələr təhsil aldıqdan sonra iş tapa bilirlər?

Milyarder Trampın ticarət siyasətini tənqid etdi

Rəsmi servis, yoxsa "ölüxana"? - Sürücülərə aldanmamaq üçün məsləhətlər

DİN-dən kiberdələduzlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Yəqin özlərinə iş tapa bilmirlər - Deputatdan dil imtahanına əsəbi REAKSİYA

Azər Badamovun Moskva aeroportunda saxlanılmasına rəsmi Bakıdan REAKSİYA

"Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər" - Turistlərin sayını necə artıraq?

"Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər" - Turistlərin sayını necə artıraq?

“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib

Milli Məclisin deputatı Azər Badamov Moskva aeroportunda saxlanılıb və deport edilir

Bu gün 27 mindən çox şagird imtahan verib: Bir nəfərdə "ağıllı" saat aşkarlanıb

Silinən zolağa görə sürücülərə 100 manat cərimə yazılır: məsuliyyət kimdədir? - AÇIQLAMA

"Meta"nın gizli süni intellekt təcrübəsi - Məhkəmə mübahisələrə səbəb oldu

Dünyanın ən ağıllı ölkələri açıqlandı: Azərbaycan İQ reytinqində neçəncidir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin