BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
13536

Əmək şəraiti zərərli və ağır işlərdə çalışanlara daha tez əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur. Belə ki, həmin kateqoriyadan olan 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldıla bilər. 

Valyuta.az ARB-Şəki TV-yə istinadən xəbər verir ki, bu, pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni layihədə əksini tapır.

Elnur Abbasov – ƏƏSMN-in şöbə müdiri: "Burada əsasən dağ-mədən işləri, metallurgiya istehsalı, kimya istehsalı sahələri öz əksini tapır və s. bu kimi sahələrdir. Xüsusilə ağır və zərərli sahələrdə çalışan şəxslər daha tez əmək pensiyası alacaqlar”.

Vüqar Bayramov – Milli Məclisin deputatı: "Bu zaman nəzərə alsaq ki, qadınlar üçün hazırda pensiyaya çıxma yaşı 61 il 6 aydır və iyulun 1-dən etibarən bu rəqəm 62 il olacaq. Bu o deməkdir ki, əgər iyun ayında qaydalar təsdiq olunarsa və gələn aydan qüvvəyə minərsə, o zaman həmin sahələrdə çalışan qadınlar artıq 62 yaşı gözləməyəcək. Onlar 57 yaşında pensiya çıxmaq hüququ qazanacaqlar”.

Pensiya təyin edilərkən, həm pensiya kapitalının, həm də ümumi stajın eyni anda tələb olunması zərurətinin aradan qaldırılması təklif edilir. Belə hallar üçün tələb olunan pensiya kapitalının məbləğinin 30 faizə qədər azaldılması təklifi layihədə yer alıb.

Elnur Abbasov – ƏƏSMN-in şöbə müdiri: "Əgər layihə qəbul olunarsa, deməli hazırda biz onlardan 25 il sosial sığorta stajı və minimum pensiya kapitalı tələb edirdiksə, dəyişikliklərdən sonra yalnız 25 il sığorta stajı və ya minimum pesniya kapitalını tələb edəcəyik. Burada bir seçim qoyulacaq vətəndaşa ki, 25 il sosial sığorta stajı tamamlayıbsa, artıq kapital tələbi ortadan qalxacaq”.

Vüqar Bayramov – Milli Məclisin deputatı: "Bu zaman artıq həmin şəxslər həm qadın, həm kişilərə minimum pensiya kapitalında da güzəşt tətbiq olunacaq. Belə ki, onlar üçün minimum pensiya kapitalını tam olaraq toplamaq tələb olunmayacaq. Kapitalın 70 faizini toplayarlarsa, o zaman pensiya hüququ əldə etmiş olacaq. Bu o deməkdir ki, həmin şəxslərə minimum pensiya kapitalında təxminən 10 min manata yaxın güzəşt tətbiq olunacaq”.

Bu da həmin şəxslərin pensiya hüququna əlçatanlığını artıracaq. Qeyd edək ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları Nazirlər Kabinetinin 12 nömrəli qərarı ilə təsdiqlənir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də həmin siyahı əsasında müəyyən olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin