BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
13448

Məlum olduğu kimi, mayın 25-də keçirilmiş Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycanda koronavirus pamdeniyası ilə əlaqədar tətbiq edilmiş karantin qaydaları yumşaldılıb.

Valyuta.az-ın Publika.az-a istinadən verdiyi məlumata görə, mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunub. 

Mayın 31-dən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edib. Həmin tarixdən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib. İyunun 10-dan başlayaraq isə çimərliklərin fəaliyyətinə icazə veriləcək. Eyni zamanda, iyunun 10-dan idman sağlamlıq obyektlərindən istifadəyə icazə veriləcək.

Lakin 2020-ci ilin 15 martından etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlərin keçirilməsinə qoyulan qadağanın ləğvi ilə bağlı müzakirələr aparılsa da, nəticə yoxdur.

Bu kateqoriyadan olan kütləvi tədbirlərə icazə nə zaman verilə bilər?

Deputat Naqif Həmzəyev bildirib ki, avqustun 1-dən ölkəmizdə toy məclislərinin təşkilinə icazə verilə bilər:

“İstənilən halda, restoranda insanların toplaşmağı mümkündürsə, orada sosial məsafə qorunursa, müəyyən qaydalar tətbiq edilirsə, say məhdudiyyəti ilə toy məclisləri də təşkil edilə bilər. Mən düşünürəm ki, yoluxma artmayacağı təqdirdə avqust ayının 1-dən sonra toyların keçirilməsi ilə bağlı bir qaydanın verilməsinin şahidi olacağıq. Çünki artıq yoluxma sayı azdır, vaksinasiya tədbirləri həyata keçirilir, vaksinasiyada kütləvilik müşahidə olunur. İnsanlar COVID-19 pasportu əldə etmək istəyirlər. Düşünürəm ki, ən qısa vaxtda xoş xəbər eşidəcəyik. Bizim vətəndaşlarımız öz xeyir işlərini edə biləcəklər”.

Deputat əlavə edib ki, toy təşkilatçıları və qonaqlardan COVID-19 pasportu tələb oluna bilər: 

“COVID-19 pasportu hər yerdə, o cümlədən toylarda da tətbiq edilə bilər. Ancaq burada məsuliyyət həmin toyda iştirak edən vətəndaşların üzərində qalır. Çünki toy sahibi müraciət edəcək ki, gələn şəxsdə COVID-19 pasportu olsun. Orada aidiyyəti qurumlar tərəfindən istənilən şəxs yoxlanıla bilər. Əgər koronavirus pasport olmazsa, həmin şəxs cəzalandırıla bilər. Ancaq məsuliyyət həmin şəxsin üzərinə yox, toy iştirakçılarının üzərinə düşəcək. Hesab edirəm ki, artıq insanlarda da məsuliyyət var. Məncə, bununla bağlı heç bir problem olmayacaq. Çalışaq ki, daha az, 50-100 nəfər çərçivəsində bu tədbirlərin keçirilməsinə icazə verilsin. İnsanlarımız da ailə qurub xoşbəxt olsunlar”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qatlanan, cibə yerləşən dron təqdim olunub - SƏHƏR OXUSU

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin