BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
13421

Sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında, həmçinin Saray-Novxanı yolunda aparılan yenidənqurma işləri artıq yekunlaşıb.

Valyuta.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində paytaxt istiqamətindən yol qovşağına qalxan yolda, həmçinin Novxanı qəsəbəsindən gələn yolun dairədən Sumqayıt istiqamətinə düşən hissəsində genişləndirmə işləri aparılıb, yeni yol hissəsi yaradılıb. Bunun üçün ərazidə tikinti altına düşən maneələrin köçürülməsi, qazma-dolma işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri icra olunub. Ardınca yeni yol hissəsinə iri və xırda dənəli olmaqla asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri yol ötürücüsünə qalxan və düşən digər istiqamətdəki yollarda da aparılıb. Bununla ərazidə nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkəti də təmin edilib.


“Bundan başqa Novxanı qəsəbəsi eləcə də Xırdalan şəhəri istiqamətində yol ötürücüsü üzərində mövcud hər iki dairənin həndəsi ölçüləri kiçildilərək yeri dəyişdirilib, ətrafına təhlükəsizliyi təmin etməsi üçün yeni dəmir-beton maneələr qoyulub. Yol ötürücüsünün özündə dayanıqlığı artırmaq məqsədilə alt hissədə olmaqla yeni istinad divarları inşa edilib”, - AAYDA-dan bildirilib.

Günün pik saatlarında yaranan sıxlıq və tıxacın aradan qaldırılması üçün Saray qəsəbəsinə giriş hissədə olan yolun da genişləndirməsi işləri aparılıb. Sözügedən ərazinin zəruri olan hissəsində yeni yol yatağı və yol əsası inşa edilib, asfaltlanma işləri görülüb. Saray-Novxanı yolunda təmirə ehtiyacı olan 180 m-lik yol sahəsində təmir işləri başa çatdırılıb, yol ayrıcına yeni səki daşları düzülüb, yol boyu müasir işıqlandırma sistemi quraşdırılıb.

Daha sonra son mərhələ üzrə yenidənqurma işlərinin aparıldığı ərazidə hərəkət üstünlüyünü müəyyənləşdirən məlumatverici, göstərici və digər müvafiq yol nişanları quraşdırılıb, lazımı nişanlama xətləri çəkilib və hər bir istiqamət üzrə 3 hərəkət zolağı təşkil olunmaqla Saray-Novxanı yolunda da nəqliyyat vasitələrinin təhlükəsiz və sərbəst hərəkətinə şərait yaradılıb.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, AAYDA-nın rəhbərliyinin nəzarəti altında aparılıb.

Ümumilikdə, qeyd edilən ərazilərdə hərəkət intensivliyi və yay fəslinin gəlməsi ilə əlaqədar olaraq Saray, Novxanı və bu istiqamətdə yerləşən qəsəbələrə gediş-gəlişin artacağı nəzərə alınaraq görülmüş işlər yarana biləcək tıxacların qarşısının alınmasını təmin etməyə imkan verəcək.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin