ABŞ Çinin “Huawei” şirkətini “qara siyahı”ya salıb
ABŞ Prezidenti Co Bayden 59 Çin şirkətinə investisiya qoymağı qadağan edən fərman imzalayıb. Söhbət həmin şirkətlərin qiymətli kağızlarının əldə olunmasından gedir.
Valyuta.az Report.az-a istinadən məlumat verir ki, qadağa bu il avqustun 2-dən qüvvəyə minəcək.
Ağ Evdə hesab edirlər ki, həmin şirkətlərin fəaliyyəti ABŞ-ın təhlükəsizliyinə təhdid yaradır.
“Qara siyahı”ya düşmüş şirkətlər arasında telekommunikasiya sahəsində dünya nəhənglərindən biri - “Huawei Technologies Co. Ltd”, mikroelektronika istehsalı üzrə ixtisaslaşmış “Semiconductor Manufacturing International Corporation” (SMIC), aviasiya texnikası istehsalçısı olan “Aviation Industry Corporation of China” (AVIC), telekommunikasiya şirkətləri “China Mobile Communications Group Co. Ltd.”, “China Telecommunications Corporation”, “China United Network Communications Group Co. Ltd.”, tikinti şirkəti “China Railway Construction Corporation” (CRCC) və digərləri var.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay